Gündəlik 2
Mirvari Sırğalı qız tərəfindən "Hekayə" bolməsinə 00:16 03 avqust 2018 tarixində əlavə olunmuşdur

Elə yorğun, elə halsız , elə gücsüz hiss edirəm ki , özümü. Günlərcə yadığım yerdən çıxmaq istəmirəm. Depresiyadır bu ? Deyəsən yenə də tarix təkrarlanır. Sevmirəm depresiyaya düşməyi, hətda çıxmaq üçün əlimdən gələni belə edirəm ammaki, bəzən olmur . Nə qədər çalışsan da , əziyyət çəksən də alınmır. Özünə bir plan hazırlayıb ona çatmağa alışırsan və sonuç etibarı  ilə çata bilmirsən . Amma artıq zaman daralır. Nə olsun ki , atılmış və tərk edilmiş biriisən ? Axı heç kim bunu hələ bilmir və vəziyyəti öz istədiyin tərəfə çevirə bilməkdə aciz deyilsən bunu bil. Kim axı inana bilər ki, daima özünə əmin kimi görünən bu qız əslində günlərini ağlamaqla keçirir. Yox ona görə yox ki, tərk edilib, ona görə yox ki, bütün hisləri alçaldılmış şəkildə tərk edilib. Sadəcə heçnəyi yenidən başlamağa güc tapa bilmir. O yıxıldığı yerdən heç cürə qalxa bilmir və bütün problemlər elə hey onun dalınca qaçır və niyə görəsə tez bir zamanda onu əhatələyib əzməyi mükəmməl şəkildə bacarırlar. Əzin , siz də əzin . Zatən yaşadıqlarım və başqalarının sırf mənim səhvlərim ucbatından qarşılaşdıqları problemlərdən dolayı əhəmiyyətsiz hiss edirəm özümü. Sadəcə yazmaq istəyirəm bu qızı və onun çıynində daşıdığı onca yükü.

Uşaqlıqdan bəri daima mükəmməl kimi böyüdülən birini düşünün. Zor şərtlər altında hər şeyin ən mükəmməlini etmək məcburiyyətində idim .Çünki ailənin də , ana tərəfdəki nəslin də ən böyüyü sənsən Səhvlər yolverilməz və bağışlanılmazdı. Hamı sənə inanır və səndən uğur gözləyir. Uşaqlarla əyləncən olmur, sən sıradan uşaqlar kimi qayğısız bir uşaqlıq keçirə bilmirsən. Daima maddi problemlərlə boğuşursan və buna öyrəşib mübarizə apardığın anda bir də mənəvi problemlər başlayır. Sırf öz eviniz olmadığı üçün yaşadığınız evdə öz doğmalarınız arasındakı şiddətli dava və qırğına şahidlik etməyə başlayırsınız. Sizi və ya ailənizdən kimisə öz doğma dayınız öldürməsin gecə hər gecə yatmazdan əvvəl bütün iti alətləri, bıçaqları gizlətmək bilirsizmi necə bir hissdir?(Bilmirəm niyə gecə bunu edər deyə düşünürdüm.AMma mən ondan hər cür insanlıqdan və kişilikdən kənar hərəkət gözlədiyim üçün yəqin ki) Və bunlar sənin sadəcə 13 yaşın olanda yaşadıqlarındı. Hər gün evə gəlib də , nə olar heç olmasa bu gün dayı dediyim o insan evindən bizi çıxartmaq üçün yeni bir bəhanə çıxartmasın deyə o qədər dualarının boşa getdiyini görəndə Allaha qarşı çıxmaq hissləri ... Ağlaya bilməmək. Atanın belə səninlə gözləri dolmuş şəkildə danışaraq ürəyindəkiləri deməsi və səni özünə ən yaxın bilməsi. Ananın -Sən mənim üçün əlimdə olan yegənə qiymətli mücəvhirsən və yalnız sən parıldasan mən həqiqətən həyatda nəsə əldə etdiyimə inana bilərəm deməsi. Və yorğunluq, VƏ ACI, və ümidsizlik içində görünməyə başlayan kiçik bir alov qığılcımı. Amma nə edə bilərdi bu qızcığaz. Hər kəsdən , hər şeydən, həyatdan və yaşamaqdan qorxurdu axı o. Amma etməliydi. Ailəsinə, əsas da bacı və qardaşına görə. 

Universitetə hazırlaşmağa nə kifayət qədər maddi imkanı , nə də kifayət qədər psixoloji hazırlığı olmasa belə qəbul olmağı bacarırsan amma yenə də problemlər öz həllini tapmır. Çünki sənin yenə də problemlərin qalmaqdadır. Ödənişli əsaslarla oxuyan biri üçün həqiqətən də , çox amma çox çətin keçən 4 il sonunda təhsil haqqını tam ödəyə bilməyən biri kimi o qədər yuxusuz gecə və valerianla kkeçən sesiyaların nəticəsi olan diploma qovuşa bilmirsən. Düzdü, o fərqlənmək deyilən nədirsə, 4 il ərzində özün üçün olmasa da sənin üçün önəmli olan insanlar üçün onu etdin. İstəklərinin tam olmasa da böyük bir qisminə nail olaraq bitridin universitet həyatını da.( burda tam olaraq əmin deyiləm.Mənmi universiteti həyatını bitirdim, yoxsa universitetmi mənim həyatımı bitirdi) Gözlə görünən odur ki, hal-hazırda bir heç olaraq ortadayam . Yox olmuşam. Sadəcə bir yada 2 nəfərin axtaracağı bir insan halına gəlmişəm. AMma dəyişmək lazımdır. Yenidən cəhd etməliyəm . Söz vermişəm onca insana və söz vermədiyim amma mənim köməyimə ehtiyacı olan onlarca insanın olduğuna da inanıram və məhz bunlara görə yenidən ayağa fdurmalıyam .Nə olur olsun. Bütün çətinliklərə ,bütün tərkedilişlərə rəğmən . Sən bu qız deyilsən! Sən bu olmamalısan . Bu gündən etibarən özümdə gördüyüm bütün zəiflikləri həll etməyə çalışacam. Əsas də problemimiz olan ingilis dili. Çox istərdim ki, siz mənə sadəcə müşahidəçi deyil, həm də nəzarətçi kimi olasız. Görəsiniz bütün dəyişiklikləri. Sağlam qidalanma, düzgün gün rejimi və həvəsli şəkildə dərslərə sarılmağa start verirəm bu gündən! Hər gün sonunda etdiklərimi bura yazacam .Tırtılın kəpənəyə dönüşməsi diləyi ilə.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0267 saniye