Hamı kimi olma...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 19:56 10 may 2017 tarixində əlavə olunmuşdur

Hamı kimi olma...
Məsələn sən yağmuru sevdiyin kimi,
palçığı da sev, ya da kəskin soyuqda yağan qarı...
Sakit, mülayim havanı hamı sevər,
məsələn, sən fırtınanı sev. 
Baharı deyil də, qışı sev.
Unutmağı hər kəs bacarmır,
sən elə gözəl unudarsan ki...
Unudulanın ruhu belə incimədən unut.
Ya da dəlicəsinə sev, elə sev ki, sevilən sevgindən dəliyə dönsün...
Anidən şəhəri tərk elə, məsələn,
heç düşünmədiyin bir şəhərə get səssizcə.
Amma hamı kimi dönüşsüz olma,
tərk edilişin bir də geriyə dönüşü olsun.
Ya da sıradan bir gündə dəlilik eylə,
məsələn yüksək mərtəbəli bir binanın ən sonuncu qatına çıx
saatlarla ayağının altındakı şəhəri seyr et.
Bir gecə yarısı qonşu binada
işığı hələ sönməyən bir pəncərədən boylanan adamla göz-gözə gəl,
bax sadəcə, gözlərini qırpma,
qaranlığın şahidliyi ilə hüzur ver qarşındakına...
Səssiz bir otaqda günlərlə sus, danışma,
sadəcə hiss et.
Bir səhər oyandığında içdən bir mahnı oxu,
düşünmə səsin yaxşıdır, ya pis,
nə fərqi var,
sadəcə oxu.
Sonrasında rəqs et aynanın qarşısında, qollarını havaya qaldır
və gözlərini yumaraq ayaq barmaqların üzərində hiss et
bütün sızıltılarını...
Sevgi doyumlu bir yemək hazırla,
baxma görüntüsünə, aldırma necə olmasına
sevgi ilə olmuş ya, sən ona bax.
Oxuduğun kitabdakı bir obrazın yerinə keç,
məsələn onun kimi çirkin ol,
ya da gözəl bir fahişə.
Çıx eyvana, yandır bir siqaret,
yerləşdir ruhunu
sevdiyin ya da nifrət etdiyin obrazın cisminə.
Bir səhər oyandığında toplama yatağını
dağınıq qalsın,
Pərdəni sıyırma,
günəş ya da buludlar dolmasın otağına.
Xatirələri düşün bir fincan kofe ilə
üçüncü qurtumdan sonra şəkillərdə yaşanan həyatları
boğ içində,
as kəndirlə, intihar görüntüsü ver bütün olanlara.
Baş barmağınla yandır alışqanı,
şəkilləri küncündən yandırar hamı
sən ortasından başla, məsələn...
Güldüyün zaman anidən ağla
kimsə görməsə də olar,
özün üçün ağla, özünə ağla.
Sonra qalx ayağa, əlinin tərsi ilə yanağındakı yaşları sil
və ayağının yerə necə möhkəm basmasını hiss et.
Tanımadığın üzbəüz qonşunun qapısını döy bir gün
de ki, bir stəkan çaya qonaq olmaq istərdim
şokoladlı bir dilim kekslə.
Yürüyərkən işə tələsən bir adamın üzünə təbəssüm qondur
çaşdır, təəccübləndir.
Nə olduğunu anlamasın, sən bilirsən içindəkini
bu yetər.
Məsələn, hamı kimi komediya filmi izləmə,
təkbaşına baxdığın bir dramda tap özünü...
Hər kəs rahatlığı sevər,
sən acını sev, çətini sev.
Zor olandan qorxmaq əvəzinə, onun üzərinə get.
Hamı insan olar, məsələn,
sən adam ol...
Ya da sadəcə SƏN ol...  

 

Aysel Abdullazadə   

 

https://www.youtube.com/watch?v=q0z4AfobkE0&t=80s  (müəllifin səsindən)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+33=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0228 saniye