Hədəflərə doğru addım-addım ( III hissə)
Xuraman tərəfindən "Digər yazılar" bolməsinə 16:11 13 mart 2014 tarixində əlavə olunmuşdur

Yavaş-yavaş sona çatırdı. Əslində, bu sadəcə bir addımın sonu idi, yeni bir addıma başlamaq üçün..
Və hər kiçik addım uzun bir yolu bərabərliyində gətirər...
Bəzən bir ulduzu tuta bilmək üçün bütün ulduzları qovmaq gərəkər... Bax o da Günəşi tutmaq üçün bütün ulduzları qovdu.....


Salam, əzizlərim. Necəsiniz?
Bugün yaxşı olmalısınız. Çox yaxşı olmalısınız. Çünki hava gözəldi. Yaz gəlir, ən sevdiyim fəsil..
 Düzü, payızı da sevirəm, amma qışı görəsi gözüm yoxdur. Çünki qış insanı qapayır..
 Bir az qaranlıqlar düşən kimi hərə öz küncünə qısılır və ancaq yaz gələndə başlayırlar təmizliyə, qalan zir zibilə..
Nə bilim ee.. Ev işlərini atdım kənara.. Səbəbsə nədir?
 Bir vaxtlar çox yaxın biri mənə dedi ki, " Primitiv ev xanımı olassan? " Mən də təbii ki "yox" dedim. Əslində, elə də deməliydim. Çünki elə idi zatən..
 İndi sizə bu mövzular hədsiz mənasız gələr, orası təbiidir. Amma birinci fəsildəki yağışın, burdakı evdar xanımlıq, qış, yaz.. Bunların hamısının açıqlaması var. Düşünülərək yazılır hamısı. Güvənə bilərsiniz. Vaxt əsla itirmirsiz. Amma bir şey deyim, qalsın aramızda...

Nədənsə bu ölkədə tək vaxt itkisi kitabdı... Nəsə bir məqaləni oxumaq, nəsə bir kitab oxumaq, şeir flan flan flan... Bunlar hamısı vaxt itkisidi. 
 Amma ki, porno videolar, seriallar, ya da qeybət, qumar bunların hamısına görə sənə "şərəf" ordeni verəcəklər. Nə vaxta qədər ki, "Qanunu" dağıtmağa çalışacaqlar, o vaxta kimi yeni "Qanunlar" yaradılacaq.
 Qanun demişkən, yəqin bilirsiniz ki, "Qanun Nəşriyyat " evini bağlayırlar. Borca görə.. Ya hər nə zirzibilə görə... Məni əsəbləşdirdi bu mövzu. Nə vaxt yaxşı olmağa çalışsam, o saat da bir zəhrimar çıxır.. Hər dəfə qəzəbləndirməyə bir bəhanə tapırlar.. Təəssüf ki, mən gedib "Qanun"un borclarını ödəyə bilmərəm. Lakin tək bir sözüm var, sizin o əcdadlarını ümidlərinizdə boğduğunuz vicdanlarınıza.. "Qanuna riayət etmək nədir? Deyim sizə.. Qanuna riayət etmək o deməkdir ki, özü heç bir normanı pozmadan firavan bir həyat sürür. O cümlədən, xalqına yardım edir. Daha çox maarif baxımından. Və özündən savayı yardımsevər kimsələri bir yerdə birləşdirir"
Bu belə... Bəs niyə kitab oxunmur?
Qanunu bağlandıqlarına görə hamı kitab grevimi edir? Yoxsa kütləvi aclıq elan edib duraq mı məhkəmənin önündə? Ya da.... Gedək yıxılaq yataq e... Kimə lazım bu iş güc? Gedin pulunuzu qazanın, yatın, ölün..
 Qanunsuzluq etməyə davam edən şəxslərin borclarını silin, özünüz də boş boş danışmayın ee... Qanun qanun..
Yox...
 "Millət necə tarac olur olsun, nə işim var?"


Baxın, yenə də əsəbləşdim. Yaz da gəldi, heç nə düzəlmədi.
Yoxsa bu borc alnımıza əbədi yazılıb? Hər gün ödəməklə, ölənəqədər ödəməklə hökmlüyük? Nə bilim vallah....



Suallar davam edir, əzizlərim. Siz bu yazdıqlarımı yaxşı yaxşı oxuyun. Həzm edin. Sonra suallara cavab verin. Bu dəfə ki, suallarıma xeyli ətraflı cavab verin. Çünki bu son mərhələdi. Bununla biləcəm ki, dəyişməyə hazırsınız ya yox...


I. Heç bir dəfə də olsun hansısa heyvana yardım etmisən? (P.S. İnsanlara etmədiyinizi bilirəm, heç olmaya heyvanlara edirsiz? )

II. Küçə mədəniyyəti deyəndə nəyi nəzərdə tutursan?

III. Qadın və kişi... Bunları ayıran iki problem nədi?  ( Fiziki, mənəvi bir şey demirəm. Sırf problem nədi?)

IV. Ailə və uşaq münasibətlərində ən böyük probleminiz nə olub?

V. Sizcə kitabxanalarda hansı kitablar olsa daha çox yüksəliş olar?

VI. Məcbur edilərək edilən pis bir hərəkət nə dərəcədi günah?

VII. Cənnətə getmək istəyirik..Amma ölmək istəmirik.
Cənnəti təsvir edin.


VIII. Susmaq qızıldısa, baş əymək nədir?



Bu suallarımın hamısına cavab verin. Tələsik yox, tam cavab verin. Düşünün. Hərdən siz də mənə sual verin. Tamam mı?

Axırıncı suallarım idi. IV hissədə görüşəcəyik. Və bu yeni addıma son addım olacaq.



Qaranlığı hiss etməyən biri işığa müraciət edə bilməz!


Müəllif : Xuraman

P.S. Yazılanlardan müəllif məsuliyyət daşıyır.

© Bermud Production




... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
6+23=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0281 saniye