hər gün sərxoş, şeirlə ahəstə.
Sən An tərəfindən "Şeir" bolməsinə 20:22 22 sentyabr 2015 tarixində əlavə olunmuşdur

***
bu aralar çox sərxoş oluram,
gündüzü gecəyə,
gecəni musiqiyə qatıram.
bu aralar yaman darıxıram,
min doqquz yüz doxsan üçüncü ildə
atamın qış əlləri üçün.

yadıma gəlir 
ilk dəfə" ana" sözünü,
mənə gözəl yazmağı
o ,
öyrətmişdi.
o zaman evimizdə işiq yox idi,
soba da sönmüşdü.

mənsə yeddi yaşında uşaq,
soyuqdan,
qaranlıqdan qorxub,
səliqəsiz yazmışdım "ana" sözünü.
onda atam çox əsəbləşmişdi.

"ana" sözünü bahar gələndə gözəl yazmağa başladım,
mənim uşaq əllərimə,
atamınsa əsəbi gözlərinə,
istilik gəlmişdi.

indi amma iki min on beşinci ildir,
atam ölüb,
anam xəstə.
mənsə ,
iyirmi doqquz yaşlı bir adam,
hər gün sərxoş,
şeirlə ahəstə.

bu aralar yaman darıxıram.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+26=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0329 saniye