Hər şey eynidir... hər şey fərqli
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 18:21 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gözlər eyni yönə baxar
fəqət, fərqli şeylər anladar
fərqli sözlər yağar bəbəklərin qara giləsindən...

Dodaqlar eyni cür pıçıldayar
kimi eşq dolu sözcüklər deyər
kimi isə birləşməsi ilə candan ruh qoparar...

Eyni cür açılar qəmzələr yanaqda
içdən bir təbəssümlə
ya da göz yaşına bulanmış hıçqırıqla...

Eyni nəfəs dolar ciyərlərə
dumanlı bir sabahın şehli havasından
günəşin yandırıcı odu ilə qarışmış bir "O 2"dən...

Barmaqlar eyni istiqamətdə dolaşar saçlarda
ya təlatümsüz axıcı xəyallarla,
ya da gecənin qor atəşindəki ehtirasla...

Hər gecə eyni cür açılar sabaha
bəzən, günəşin şəfəqləri doğrultusunda
olmadısa, bəyaz buludların nisgilli fəğanı ilə...

Hər şey eynidir, əslində,
hər şey fərqli...

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0416 saniye