Hər şeyi həyatın öz ahənginə burax.
Səadət Sadıqova tərəfindən "Digər yazılar" bolməsinə 20:44 03 fevral 2013 tarixində əlavə olunmuşdur

Hər şeyi həyatın öz ahənginə burax!Doğru zamanı və doğru yeri sənə o göstərəcək.Ən pis anında belə səbretməkdən yorulma!Çünki səbr edib ağlını işlətsən doğru yolu tapacaqsan.Hər zaman ürəyində saf sevgini daşı!Çünki sevgidən bir addım geri atsan,nifrətə bir addım yaxınlaşarsan və bütün pisliklər də nifrətdən başlayar bunu bil.İnsan bəzən sevməyi deyil,daha çox sevilmək istəyir.Amma bunu bil ki, sevilmək də elə sevməkdən başlayar.Hər şeyi həyatın öz ahənginə burax!Çünki o bizi bizdən də yaxşı tanıyır.Əgər qarşına pis bir insan çıxarsa və sənə daim pislik etməyi düşünərsə,sən heç vaxt onun kimi davranmağı düşünmə.Çünki bu zaman sənin ondan bir fərqin olmaz.Heç bir şey etmədən daim yaxşılığı düşün.Çünki sən qəlbindəki o böyük insanlıq sevgisiylə ondan hər zaman bir addım öndəsən.Elə ən önəmlisi də budur.Çalış pisliklə deyil,başqalarından yaxşılıqla fərqlənəsən.Çünki həyat yaxşı insanları gec və ya tez mükafatlandırır.Qəlbinlə sev!Qəlblərdə sevil!Yetər ki,qəlblərdən silinmə!


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Səadət Sadıqova
Haqqında
Şeir yazmağı çox sevirəm.eyni zamanda şəkil çəkməyi də.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0222 saniye