Həsrət
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 08:34 28 mart 2018 tarixində əlavə olunmuşdur

Gənc könül qonaqlı, dolu gəl-getlər,

Əlində közərir tünd siqaretlər

Yenicə can verən körpə ümidlər

Sustalan bir gəncin qucağındadır

 

Xatirəm şəkildə, donan gülüşdə

Sabahı gözlədim dumanlı düşdə

Başıma cilvələr saçan günəş də

Dünyanın qaranlıq bucağındadır

 

Ürəkdən qopan bir şeir o günlər,

Qulaq as, gör nələr deyir o günlər

Bir daha qayıdan deyil o günlər

Hamısı həsrətin ocağındadır


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0233 saniye