Həyat eşqi
Səbinə Məmmədzadə tərəfindən "Esse" bolməsinə 20:45 10 mart 2014 tarixində əlavə olunmuşdur

Bildiyimiz kimi, son vaxtlarda intihar edənlərin sayı artıb. Gənclərin intihar xəbərlərini daha çox eşidirik. Onların müxtəlif səbəbləri olur. Kimisi həyatdan bezdiyi üçün, kimisi də sevdiyinə qovuşmadığı üçün canına qəsd edir. Mənim fikrimcə, heç bir səbəb insanı həyatdan küsdürməməlidir. Yəqin ki, “ həyatdan bezmişəm” sözünü çoxlarından eşitmişik. Ancaq heç bir səbəbə görə həyatdan bezməməliyik. Məncə həyatdan bezənlər, heç nəyin dəyərini anlamayan insanlardır. Onlar heç nəyi düşünmədən canlarına qəsd edirlər. Bəs geridə qalan insanlar? Onların göz yaşlarına dəyərmi? Məncə yox. Bəzən fikirləşirəm: “ Görəsən, insan Allahın verdiyi cana necə qəsd edə bilər?”.

Həyatda ağır xəstəliyə düçar olmuş milyonlarla insan var. Hansı ki, onlar həyat eşqiylə yaşayır, onun dəyərini anlayır. Xəstəliklərinə baxmayaraq, həyatı sevir, yaşamaq üçün əlindən gələni edir. Həyata qarşı olan sevgiləriylə həmin xəstəliklərə qalib gəlir. Heç olmasa onları düşünməliyik. Canımıza heç nəyi fikrləşmədən, mənasız səbəblərə görə qəsd etməməliyik. Allahın bizə verdiyi cana sahib çıxmalı və daim həyat eşqiylə yaşamalıyıq!


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
3+27=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0232 saniye