Həyat Şəkillərdən İbarətdir
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 09:24 06 mart 2018 tarixində əlavə olunmuşdur

Həyatımiz hər zaman öz əlimizdədir. Onu cənnətə çevirən də bizik,cəhənnəmə çevirəndə bizik. Ona istədiyimiz kimi yön verə bilərik,şəkilləndirə bilərik. Şəkillər...
Həyatımız an etibarıilə şəkillərdir. Keçmişə dönüb baxdıqda bu şəkillərin bir xatirə olduğunu anlayırıq. İnsanı insan edən də bu xatirələrdir.
Bəs biz keçmişə dönüb baxdıqda hansı şəkilləri görürük, hansı xatirələri yada salırıq? Cəhənnəmi yoxsa cənnəti yaşadığımızı düşünürük? Ya cənnət də cəhənnəm də bu dünyadadırsa? Yaşadığımız gözəl anlar bizim cənnətimiz, pis anlar cəhənnəmimizdirsə, qabağımıza çıxan yaxşı insanlar mələk pis insanlar şeytan adlandırsaq bir kitabın və ya bir nağılın parçası oldugumuzu anlayarıq
Bəs biz bu nağlın hansı qəhrəmanıyıq? Əsəri yazan bizə hansı obrazı verib? Ruhu verən bizi bizdən qabaq yazıb, yoxsa zəri atıb gedişi sən oyna deyib? Bəlkə də həyatda uğur qazanmış insanlar bu oyunu oynamağı bacaran insanlardı? 
Biz kimik? Yaxşı oyunçu ,şeytan ya mələk? Biz kimik? Hansısa şəklin bir parçası ya bir kitabın obrazı? Rəsm ya rəssam bizik? Həyatımızın rəsmi coxdan cəkilib,bizə isə sadəcə onu rəngləmək qalır. Başımıza gələn hər hadisədə ona rəng verib qiymətləndirən bizik. Əgər hər şeyi qismət deyiriksə həyatı ag qara şəkillərdə yaşamış oluruq. Yox əgər başımıza gələn hər hadisəni dəyərləndirə biliriksə bax onda əsl rəngarəngə çatıb rəssamın bizə nə göstərmiş oldugunu görə bilirik.
Bu cümlələri oxuyub beynini qarıçdıra bilərsən. Bəlkədə nə vaxtsa əzilmiş və parçalanmış şəkli beynində qurub, yarımçıq qalmış boşluqları doldura və onu düzəldə bilərsən. Amma düşünmə ki, parçaları birləşdirib düzəldiyin üçün hər şeyi sən yaratmısan. Xeyr şəkil əzəldən olub, sadəcə hər şey qarışıb bir birinə və sən o parcalanmış yerlərdə ilişib qalmısan. Sən gec tez özünə lazım olan hər şeyi tapıb rəsmi tamamlayacaqsan.

 


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+19=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0297 saniye