Həyat
Afig Huseynov tərəfindən "Esse" bolməsinə 00:42 06 iyun 2014 tarixində əlavə olunmuşdur

Pəncərədən bayıra baxıram.Pəncərənin o üzündə  ağlayan yağışı,keçmişləri haqda sanki qəmginləşən qoca ağacların yağış döyəcləyən çılpaq budaqlarının zəif küləkdən tənbəlcəsinə yellənməsini görürəm...Səkidə yanaşı addımlayan ,bir birinə və hətta özləri özlərinə belə lazım olmayan,gedərkən ayaqları altına baxan və qarşı tərəfdən gələnlərin də onlar haqqında fikirləşmək belə istəmədikləri anlaşılan adamları görürəm,onlar küçədə şütüyən maşın sahiblərini özlərindən varlı və buna görə bəlkə də üstün hesab edir və eyni zamanda sürücülər də yəqin ki,piyadaları bəxti gətirməyənlər kimi qəbul edirlər.Dünya tənhalarla,bir birlərini anlamayanlarla,ikinci dərəcəli şeyləri vacib şeylərdən üstün tutanlarla doludur.Bəs görəsən buna səbəb nədir?Bu barədə əsrlərdir,min illərdir mədəniyyətlər və dinlər, xalqlar və ölkələr,filosoflar və şairlər ,daha kimlər mübahisə edirlər...Ancaq əbəs yerə.Çünki bu sualların cavabını ancaq Allah bilir,biz bu bilgiləri əldə etmək üçün nə qədər çalışsaq da, onun bildiyi həqiqətləri anlamaq çox çətindir.Bizə bir şeyi anlamaq qalır-nə öyrəniriksə öyrənək sonunda bizə düşən bir ulduzun düşdüyü zaman qədər olan həyatda Ölümə doğru getmək,getmək,getmək qalır... 


... dəfə oxunub
Qiymət: 9/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
7+15=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.033 saniye