...Həyat
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 17:50 07 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Həyat, sənə inad gülmək istəyirəm
dayanmaqsızın...
Həyat, sənin acılarını şərab tək içmək istəyirəm
doymaqsızın...
Həyat, göz yaşlarımı qurutmaq istəyirəm yanaqlarımda
bir də axmayacaq kimi...

Həyat, üzümdəki kədəri unutmaq istəyirəm
xatırlamaqsızın..
Həyat, sevdiklərimə sarılmaq istəyirəm
buraxmayacaqmış kimi...
Həyat, içimi dindirmək istəyirəm
danışacaqmış kimi...
Bəzən unutmaq istəyirəm hər şeyi,
heç nə yoxmuş kimi...

Doymaq istəyirəm acıdan, sızıdan
içimə huzur dolmuş kimi...
Qaçıb uzaqlaşmaq istəyirəm olduğum yerdən
qayıtmayacaqsızın....
Bəzən, bəzən sevmək istəyirəm bir çırpıda
Məcnuna aşiq Leyli kimi...


Bəzən, gözümü qapayıb yatmaq istəyirəm
oyanmaqsızın...
Dünyamı qurtarmaq istəyirəm səndən, həyat,
xoşbəxt yaşayacaq kimi...
Əlimi çəkmək istəyirəm bütün əllərdən
Canımdan keçmək istəyirəm
bir də doğulmaqsızın...

Özümdən sonra bir yadigar istəyirəm
məni xatırladan iki cüt göz kimi...
Həyat, adını qızıma vermək istəyirəm
əbədi yaşam kimi...
Həyat, həyat, sənə yenə inad yaşamaq istəyirəm
heç ölməyəcək kimi....

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.035 saniye