Hollywood
Demetria tərəfindən "" bolməsinə 22:43 27 mart 2014 tarixində əlavə olunmuşdur

Hollywood   Amerikanın qərbində , Kaliforniya əyalətinin Los Angeles şəhərində yerləşir. Amerika kinosundan danışanda ilk olaraq ağla o gəlir. 20-ci əsrin başlanğıcında burada yaranmağa başlayan sənaye, Dünya kino tarixində böyük əhəmiyyətə malikdir və günümüzdə də sənaye baxımından hələ də aparıcı rol oynayır.

Amerikadakı ilk filmlər əslində şərq sahilinin ən böyük şəhəri olan New York yaxınlığında çəklməyə başlandı, çünki istehsal şirkətləri və avadanlıq çıxaran firmalar burada yerləşirdi. Bu fimalardan biri tərəfindən Kaliforniyaya göndərilən rejissor D.W.Griffith etdiyi ziyarətlər sırasında Hollywood adlı kiçik bir qəsəbə kəşf etdi və gözəl mənzərəsinin olduğunu görüb, burada bir film çəkməyə qərar verdi.

1910-cu ildə “In Old California” (“Qədim Kaliforaniya”) filmi, Hollywood-da çəkilən ilk filmdir.

Griffth aylarla Hollywood qəsəbəsində vaxt keçirərək bir neçə film də çəkdi. 1913-cü ildə Griffthin uğurunu eşidən New Yorklu digər rejissorlar bir-bir buraya köçməyə başladılar.

New Yorku tərk etmələrinin digər səbəbi də Thomas Edison idi. Edison, kino istehsalı müdəti ərzində demək olar ki, bütün patentlərə sahib idi və rejissorlar film çəkmək üçün hər dəfə böyük məbləğdə pul ödəmək məcburiyyətində qalırdılar.

Amerikanın qərbində yerləşən Kaliforaniyada isə Edisonun vəkillərindən xilas olmaq şansı vardı.

Bu tarixdən sonra kino sahəsi şərqdən qərbə - New York-dan Hollywood-a köçdü. Hollywood-da böyük film şirkətləri yaradılmağa başladı və buradaki film sənayesi sürətli şəkildə yüksəlişə keçərək Dünyanın ən böyük mərkəzinə çevrildi.


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

Demetria
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0294 saniye