İçimdəki təlatümlər
AğaPaşa tərəfindən "Hekayə" bolməsinə 10:46 07 avqust 2019 tarixində əlavə olunmuşdur

Saat hardasa axşam 11 olardı.Gecənin bu vaxtı çöldəyəmsə yəqin ki işdən gec çıxmağımla əlaqələndirirsiniz.Bu gün heç işə getmədim sözün açığı.Telefonu da söndürüb atmışdım evə.Bu gün heç kimin məni axtarmasını istəmirdim.Bu son günlərdə baş verənlər məni boğmağa başlamışdı.Dəniz havasının mənə yaxşı gələcəyini düşünürdüm.Dənizə düşən yolda bir iki taksi var idi.Bu gecə vaxtı mənim kimi anormallardan başqa kim dənizə gedər ki?Taksilər dayanan tərəfə yaxınlaşanda bir anlıq tərəddüt elədim, amma bu çox çəkmədi.Ora çatana qədər taksilərdən biri müştəri götürüb ordan uzaqlaşdı.Mersedes markalı taksinin sürücüsü isə maşına söykənib siqaret çəkirdi.Yaxınlaşdım.

-Dənizə apararsan?

-Pulunu versən niyə aparmıram ki?

-Neçiyə apararsan?

-10 manata.Bu vaxt bundan aşağı heç kim səni aparmaz.

     Maşına oturdum.Siqareti bir qullab da çəkib yerə atdı, tapdalayıb maşına oturdu.Maşının içindən iyrənc bir qoxu gəlirdi.Həmişə mən taksiyə minəndə belə qoxular məni narahat edirdi.Ya taksi şoferləri pinti idi, ya da mənim bu mövzuda bəxtim gətirmirdi.Küçələrdə tək-tük adam var idi.Maşın irəlilədikcə ətrafdakı adamlara baxırdım.

-Bax görürsən o qadını yəqin vurdurmaqdan gəlir.Yoxsa gecə vaxtı küçədə nə işi var?

   40 neçə yaşı olan bu köstəbək şöferin gecə vaxtı gördüyü o qadın haqqında düşüncələrinə deməyə bir söz tapa bilmirdim, ya da ünsiyyət qurmaq istəmirdim.Amma o danışdıqca ürəyim bulanırdı, daha da əsəbləşirdim.Sözlərinə reaksiya vermədiyimi görüb davam elədi.

-Bu vaxt xeyir ola dənizə?

-Ürəyim sıxılır.

-Ürəyin sıxılır get bazdığa da.Dəniz guya neyniyəcək ki, qəribə adamsana.-qəhqəhə çəkib gülürdü.Əsəblərim tarıma çəkilmişdi.Sözün açığı nə orta məktəbdə, nə də universitetdə bu qədər əsəbi deyildim.Əsəb məndə hərbi xidmət müddətində əsgər yoldaşımın minaya düşməsindən sonra yaranmışdı.Digər əsgər yoldaşlarım ağlayıb içlərini boşaltmışdılar.Mən isə ağlaya bilməmişdim.Soyuqqanlı davrandığımı düşünürdüm,amma sən demə içimə atmışam, o da çevirib nevroza.O gündən sonra ən xırda məsələlərə belə aqressiv reaksiya verməyə başlamışdım.Necə ki, mənlə tanışlığı olmayan bu qanmaz şöferin özünü açıb-buraxması kimi.

Artıq qəsəbədən uzaqlaşmışdıq.Dənizə yaxınlaşdıqca ətrafın necə zülmət olduğunun fərqinə varmağa başlamışdım.Sahildə heç kim yox idi, bəlkə də bu havanın küləkli olması ilə əlaqəli idi.Dənizdə olmasalar belə uzaqdakı binalarda işıqlar hələ yanırdı.İnsanların bu qədər gecəyə qalıb səhər işə necə gedəcəkləri mənə çox müəmmalı olur.Bəlkə da işdə yuxulama səbəbləri də budur.Maşın artıq qumlu sahilə çatmışdı.Dənizin dalğaları açıq aşkar tərəddüt keçirən sevgililər kimi qayalara yaxınlaşıb uzaqlaşırdı.Maşın bir az gedəndən sonra saxlatdırdım.

-Məni də gözləyərsən qayıtmağa?

-Pulunu..

Sözünü ağzında qoydum.

-Verərəm.

İnsanlar və nəfəs alan canlılar hamsı çox uzaqda idi.Gəldiyimiz yer sanki səhralığın ortasında bir yer təsəvvürü oyadırdı məndə.

-İşığı söndür zəhmət olmasa.Gecə vaxtı dənizə gələndə dənizi ancaq qaranlıqda hiss eliyə bilirəm.

Açarı burub mühərriki söndürdü.Maşının işıqları olmasa da dənizin qayalara çırpılıb necə köpükləndiyini göz qaranlığa öyrəşəndən sonra görmək mümkün idi.Üzümü dənizə tutub dərindən nəfəs alırdım.Dənizin qoxusunu küləklə birlikdə hiss eləmək bəlkə də ruh üçün ən dadlı kokteyl kimi bir şeydir.Bir az nəfəs alandan sonra ögüməyə başladım.4 gün bundan əvvəl sevdiyim qızın mənə uşaqlıq travmasından danışması məni məhv eləmişdi.Necə deyim o insanlar olure sadəcə nəfəs alır, amma yaşamır.Bax onun kimi.Dünən axşam bacısı zəng vurmuşdu mənə.Evdəki dərmanları ovuclayıb gizli içmişdi.Xəstənada idi.Mədəsini yudurdurdular.Gedə bilmədim yanına, çünki qulaqlarımdan getmirdi danışdıqları:

-12 yaşım var idi.Evimizdə usta işləyirdi.Atamın bibisi oğlu.Evdə ancaq mən, nənəm və atam idi.Atam gecələri restoranda işlədiyi üçün gündüzlər çox yatırdı.Nənəm də həyəti təmizləyirdi.Usta nənəmdən çay istəyəndə nənəm gəlib padnosa yığdı hər şeyi və çayı aparıb ustanın yanına qoymağı tapşırdı.Çayı aparıb ustanın yanında qoydum.Qayıdanda qolumdan tutdu üzümdən öpdü.Heçnə anlamadım.Bəlkə də qohumdu deyə fikirləşmişdim.Amma nənəm mənə 10 dəqiqəyə dükana dəyib gələcəyini dedi və usta çayını içəndən sonra padnosu mətbəxə aparmağı tapşırdı.Bir az keçəndən sonra getdim çayı götürməyə əyilib çayı götürəndə məni tutub dodağımdan öpdü.Qorxdum.Bunun nə olduğunu bilmirəm, amma pis bir şey olduğuna əmin idim.Padnosu götürüb otağa getdim, gözlərim dolmuşdu.Nənəm gələndə nənəmə dedim.Ustaya ağzından çıxanı dedi, qovdu onu.Amma qorxusundan atama demədi.Çünki atamın qatil olmağını istəmirdi.Bir də heç vaxt görmədik onu.Amma atam rəhmətə gedəndən sonra yenə yolumuza çıxdı.Heçnə eləməsə belə o şeytan-cin baxışları ilə mənim kabusum oldu.Hər axşam yuxularıma girir.Dəli oluram..

-Qorxma,deyib boynunu qucaqladim-mənim yanımda kimsə sənə zərər verə bilməz.Mən buna imkan vermərəm.

Amma mən onu qoruya bilmədim.Dünən az qalsın özünü öldürəcəkdi.Yadıma düşdükcə nəfəs ala bilmirdim.Sanki köksümə ağır bir daş bağlanmışdı.

Əyilmişdim.Əllərim dizimdəydi.Sol əlimlə sürücüyə işarə elədim.Dözə bilmirdim.Yaxınlaşdı.Əlini çiynimə qoydu.

-Noldu?Sən yaxşısan?

-Hə.Heç olmadığım qədər.

Bu sözü deyəndə altdan yuxarı çənəsinə necə vurdumsa səndələyib yerə yıxıldı.Ayağa dura bilmədi..Cibimdəki 5 barmağı çıxartdım.Sağ əlimə taxıb əlimə oturduğunu tam hiss eləyəndən sonra üz nahiyəsini yumruqlamağa başladım.Bəlkə də bu adam nə vaxtsa onun leşini atacağımı bilsəydi.Heç vaxt 12 il əvvəlki oğraşlığını eləməzdi.Yanağı gözünün altı zərbələrdən açılmışdı.Yoruldum.Nəfəsim təntisə də daha rahat idim.Sanki içimdəki stress quş olub uçub getmişdi.Kürəyimi maşına söykəyib, ayaqlarımı uzatmışdım.Üz-gözü qana bulaşan bu əclafı izləyirdim.O dərəcə dəli olmuşdum ki ərtafımdakı heç nəyi vecimə almırdım.Çox keçmədi zarıldamağa başladığını eşidirdim.Yenə durdum ayağa.Oturdum sinəsində.

-10 il əvvəl öz qızın boyda bir qız uşağını öpməyin yadındadı?Yuxularına kabus olmusan.Dəli olub.Bilirsən bunu.

Bunları dedikcə dayanmadan vəhşi kimi üzünü yumruqlayır və onun zarımasından zövq alırdım.

-Bu bəs eləmir.Hələ utanmaz utanmaz qabağına da çıxırsan?Sən mənlə elə bir vəziyyətdəsən ki səni Allah belə əlimdən ala bilməz.

Üzü büsbütün qan idi, bu mənə bəs eləmirdi.Mənə bu gün heçnə bəs eləmirdi.

-Səni bir də o qızın həndəvərində, məhləsində görsəm.Bundan betər hala salacam.Polisə şikayətə getdiyini bilsəm yerin dibində də olsam səni tapıb nəslivin kökün kəsəcəm oğraş.

 

Telefonun işığını yandırıb üzümə tutdum.Dəliliyin pik nöqtəsindəydim.

-Bax bu üzü yadından çıxarma.Sən o qızın kabusu olmusane.İndi mən də sənin kabusun olacam.Hər gün gəlib yanından keçəcəm.Səni ta ki dəli eliyib dəlixanaya yollayana qədər.

Özümü saxlaya bilmədim.Üzünə tüpürdüm.

Durdum ayağa.Əsəblərim az da olsa sakitləşmişdi.Əlimin qanını dənizdə yumağa çalışdım.Qan ləkəsi həqiqətən əldən geç çıxırmış kinolarda göstərildiyi kimi.Qumnan bir təhər yuya bildim.Amma köynəyimə də qan sıçramışdı.Bunu məni evə aparmaq üçün çağırdığım köhnə sinif yoldaşım maşına oturanda gördü qorxdu.Üzümdəki qanın fərqindı deyildim.O məni belə görəndə üzündəki ifadə çox qorxulu idi.

-Sən neynəmisən?

-Sür.Sual vermə...

-Sən canı məni zibilə salma.

-Nə zibiliye.Hər şey yaxşıdı.sən sür.

Məndəki bu rahatlıq onu dəli eliyirdi.Mənsə elə vecsiz olmuşdum ki elə bil belə də olmalıdır.Evə çatanda saat 3 idi.Ehtiyat açarım var deyə evdəkiləri oyatmadım.Köynəyimi soyunub paraşok doldurdum vannaya atdım içinə.Üzümü sabunla yudum.O murdarın qanından iyrənirdim.Üzümdə qan ləkəsi olmasa belə gözümə görünürdü.Güzgüdəki üzü qanlı adam mənə baxırdı.Bəlkə də onu öldürmüşdüm.Amma nə yalan deyim vecimə deyildi.Polisin sabah gəlib məni aparacağını gözləsəm də bu baş vermədi.Bəlkə də nə vaxta gəlib aparacaqdı.Bunu həmişə gözləyəcəm.Amma indi sevdiyim qızı görməli idim.Xəstəxanada otağa girəndə məni görüb kövrəldi.Durub qucaqlamaq istəsə də mən özümü çatdırdım ona.

-Bağışla məni.

-Hər şey yaxşıdı.Qorxma.mən burdayam.Nə vaxt çıxırsan?

-Hələ bir iki gün burdayam.Sən nələr elədin?

-Kabuslarınla savaşdım.

-Yalançıı...

Aradan xeyli vaxt keçdi.Nə polis gəlib məni apardı,nə də həmin adamı gördüm o gecədən sonra.

Amma bilmirəm məni o hərkəsin gördüyü ağıllı,tərbiyəli və saf adamam yoxsa içimdə tanıdığım mənə bütün sərhədləri aşdıran adam?

Çox təəsüf ki bunu heç vaxt bilə bilməyəcək nə başqaları, nə də mən...

                       Son

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+33=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0332 saniye