İçim(iz)dəki DAHİ - Motivasiya
Rizvan Fikrətoğlu tərəfindən "İnşa" bolməsinə 20:31 16 dekabr 2016 tarixində əlavə olunmuşdur

            Məqsədimizə çatmaq üzərəyik. Əksər imtahanlardan keçmiş, xeyli çətinliyi geridə qoymuşuq. Hədəfimizin son addımındayıq. Amma...

            Nəzərimdə hansısa bir işi qarşısına məqsəd qoyub , məqsədinə çatmaq üçün bütün əngəlləri keçən, adisindən alisinə qədər bütün çətinliklərə sinə gərən adamlar sözün əsl mənasında dahidir.

            Bu gerçəkdir, bütün insanlarda əslində dahidilik keyfiyyəti var.  Dahilik o vaxt üzə çıxar ki, özünü kəşf edəsən. Bəli, özünükəşf. Bu çox ciddi və mürəkkəb prosesdir.

            Çox vaxt məqsədimizi bəlirləsək də hədəfimiz düzgün olmur.  Çoxumuz qarşımıza çıxan hər işə can atdığımız üçün özümüzü tapa bilmir, kəşf edə bilmirik. Kimimiz pul, kimimiz şöhrət, kimimiz ad-san, kimimiz də digər səbəblər naminə özümüzü heç yerdə, heç işdə tapa bilmirik. Qurbana çevrilirik...

            Zaman qısa, vaxtımız azdır. Günün nə vaxt gəlib-keçdiyini, ilin nə vaxt başa çatdığını belə gec hiss edirik. Nə etməli? Durub düşünməli? Yoxsa oturub düşünməli? – YOX! Fikirləşmək məqamı deyil, qətiyyyyən deyil! İş görməliyik, iş!

            Keçmişi yada salaq. O dövrün texnikası ilə bugünümüzün texnikasını müqayisə edək. Məsələn, nəqliyyat... Kimsə bir yerdən başqa yerə gedirdisə ya piyada gedəcəkdi, ya da atla (yaxud at arabası...), ya da ki, digər vasitələrlə. Bu gün həmin nəqliyyat növləri bəlkə də bizdə təəccüb doğuracaq. Təbii ki, indiki nəqliyyat növünü o dövrün adamına desərdin məəttəl qalardı, hətta inanmazdı. Hazırda alternativ vasitələrdən istifadə edirik. Çünki bu günün tələbi başqadır. Ötən əsrlər əsrliyinə görə əsr idi, özüünəməxsus dəyəri, qiyməti var idi. Vaxt öz vaxtında tamamlanırdı.

            Xəyallar... - çox gözəldir. Onlar bizi həvəsləndirə bilər. Keçə bilmədiyimiz  məqamlara çatdıra bilər, hətta ondan da o tərəfə. Ancaq vaxtımız qısadır. Xəyallarımızı işlədiymiz vaxtlarda quracaq qədər vaxtımız qısadır.

            Hansısa işi görmək istəyirik. Düşünürük ki, bəli, bu sırf biz deyən işdir, bizim görə biləcəymiz  işdir, işimizə uyar. Başqa sözlə, özümüzü həmin işdə görürük. İşimizə başlayırıq. Hər şey qaydasındadır, ilk addımlarımız uğurlu olur. Olduqca həvəsliyik, işimizə həvəslə başlamışıq. Gəlirik, gəlirik... məqsədimizə çatmağa az qalmış ya hansısa yaramazın fikirlərinə görə, ya da hansısa kiçicik səbəb, ya da ki, başqa nəyəsə görə hər şeyin üstündən xətt çəkirik. Özü də uşaq kimi bir neçə xətt. Hələ ürəyimiz soyumur, qisas alırımış kimi  həmin xətlərin üstündən yenə gedir, qalınlaşdırırıq. Bu qədər əzab-əziyyətə heyfimiz gəlmədimi? Bunun üçünmü, bu qaralama xətlər görə zamanımızı xərclədik? Bu qədər enerji, vaxt... boşunamı getdi?

Problem nədir? Problem ondadır ki, kor-koranə addım atdıq. Nə iş gördüyümüzü bilmədən. İşin asan tərəfini gördük, elementar düşündük. Ya “gözə girmək” üçün, ya da “kimdənsə geri qalmamaq üçün”, ya da ki, başqa səbəblərə görə.

Həmişəki kimi itirən yenə də biz olduq. Bəlkə də uğurlu iş quracaqdıq, tez təslim olduq. Bəlkə də həmin iş bizi yaxşı mənada dəyişəcəkdi, bizə kim olduğumuzu göstərəcəkdi.

Səhvmi etdik? Lazım olan vaxtı lazımi məsləhəti zamanında almadıq. Bəlkə də məsləhət aldığımız adamı düzgün seçmədik. Düşünmədik ki, məsləhət aldığımız kəs bizim uğurumuza nə dərəcədə sevinəcək, bizə nə dərəcədə “can yandıracaq”, bizə kömək olacaq. Yox, bəlkə də məsləhət alacağımız adamı düz seçmişik, bizim ən yaxınımızdır, uğurumuza sevinəndir. Düşündükmü, bu adam bizim gördüyümüz iş barəsində nə qədər bilikli, təcrübəlidir? Nə dərəcədə bizə məsləhət verə biləcək səviyyədədir? Nəysə, səhv səhvdir...

            Ağlımız başımıza gələndə, ayılanda çox peşman olacayıq. O zaman ki, onda da gec olacaq. Çünki elə xətlər çəkmişik ki, geri dönməyə, keçmişə qayıtmağa iz saxlamamışıq. Yolu, gedişi, cığırı... tamam itirmişik. Geriyə yol qalmayıb daha.

            Yox, həvəsdən düşməyə dəyməz. “Ağıllı adam o adam deyil ki, səhv etməyə, ağıllı adam  o adamdır ki, etdiyi səhvi təkrarlamaya” – deyiblər.

            İnam və güvən uğura çatmağa kömək edəcək və işimizi asanlaşdıracaq ən etibarlı vasitələrdir.Onlar da özümüzdən aslıdır, əlimizdədir. Gəlin özümüz tanıyaq, elə bu gündən, bu andan... Özümüz tanıyaq ki, özümüzü kəşf edə bilək. Ən əsası isə özümüzə qiymət verək. Özümüzə özümüz qiymət verməsək bizə heç kim qiymət verməyəcək!

            Xoşagəlməz nəsə ortaya çıxanda başlayırıq öz-özümüzə deyinməyə. “Kaş belə etməzdik”, “ Kaş elə edəydik”, “Kaş filan cür olaydı”, “Belə etsəydik daha yaxşı olardı” kaş... kaş...  

Əksər hallarda isə uğur qazananda sanki bu olmayıbmış kimi davranır, ürəyimizi sevindirmir, üzümüzdə təbəssüm yaratmırıq. Özümüzü xoşbəxt etmək, xoş münasibət göstərmək məgər savab deyilmi? Bunun özü bir iş deyilmi? Uğurlu olmağa vasitə deyilmi? Özümüzə əziyyət vermək günah sayılmırmı? Bəli, özümüzə qiymət verək. Öz dəyərimizi ilk özümüz bilək.

            Hansısa iş görmək istəsək, sözsüz ki, əngəllər olacaq. Hətta yaxınlarımızdan da bizi axmaq yerinə qoyan, bizə gülən tapılacaq. Amma bizə inanıb, uğurumuzu istədiyi üçün “əhsən” deyən, bizi dəstəkləyən də tapılacaq. İkinciləri tanıyın, onların dəyərini bilin, ətrafınızda olan dahiləri kəşf edin.

            Və sonda... Bir insan bütöv kainatı idarə etməyə qadirdir. Öyrədən olmağı arzulayın ki, öyrənən ola biləsiniz. Elə bu gündən başlayın...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

Rizvan Fikrətoğlu
Haqqında
Abişov Rizvan Fikrət oğlu 15.09.1996-cı ildə Yardımlı rayonunun Ərsilə kəndində dünyaya göz açmışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşdur. Hazırda BDU-nun II kurs tələbəsidir. Bir çox şeirlər, məqalələr, hekayələr və s. müəllifidir.
Əlaqə
Tel.:
0513461438 və 0708823655
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0249 saniye