iki hekayə
Sən An tərəfindən "Şeir" bolməsinə 13:40 26 mart 2016 tarixində əlavə olunmuşdur

***
salfet satan qadının hekayəsi,
hər gün yazılırdı,
iri marketlərin qarşısında.
ona üz çevirib gedən
adamların arxasınca.

salfet satan qadının hekayəsini
kimsə oxumurdu,
kimi də oxumağa qorxurdu.
"salfetka istəmirsiz?" sualına 
çox adam cavab vermirdi,
susurdu.

salfet satan qadının hekayəsi 
nağıla dönürdü.
biri inanırdı,biri yox.

***
tütün qoxan pencəyin cibindən,
yaşlı bir kişinin əlləri
çörək qırıntıları götürüb 
göyərçinlərə atırdı
anası ilə gəzintiyə çıxan azyaşlı uşaq ,
quşlardan öncə 
bu mənzərəyə qanad açırdı
kişiyə baba,
göyərçinlərə qu-qu deyirdi.
iki skamya uzaq məsafədə
bir nəfər oturub 
öz-özünə deyinirdi,
gileylənirdi.
mən də baxıb,
şeir yazırdım.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+36=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye