İkinci Dünya Müharibəsində qadınlara təcavüz
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:52 30 yanvar 2016 tarixində əlavə olunmuşdur

Birinci Dünya Müharibəsi əsnasında Avropada bir çox təcavüz yaşandı, ancaq bu cinayətlər nəinki cəzalandırıldı, danışılmadı belə. Halbuki antropoloq Rut Benedikt’in kateqorizasiyasına görə Qərb mədəniyyəti “günahlarını etiraf etməyə uyğun” bir mədəniyyətdir. Qərb belə susarkən, yenə Benedikt’ə görə “qəbahətlərini saxlama mədəniyyəti”ndən olan yaponların 1930-cu və 1940-cı illərdə işğal etdikləri Cənub-Şərqi Asiya ölkələrində yapon əsgərlərini “rahatlaşdırmaq” üçün bəzi mənbələrə 400 min, amma ümumi olaraq qəbil edildiyi üzrə 200 min qadının seks köləsi olaraq işə cəlb etmələrini adətən tarixdən silməyə çalışmalarına çaşmamaq lazımdır.

Yaponların söz mövzusu illərdə rəsmi olaraq “seksual rahatlaşdırma əməliyyatı”, gündəlik dildə “ümumi tualet” olaraq adlandırdıqları bu yerlərdə çalışdırılan seks kölələrinin (yaponca “Jungun ianfu”) Malaziya, Timor, Makao, Filippin, İndoneziya, Tayvan, Çin və Koreya kimi ölkələrdən toplandığı bilinir. Bu talehsiz qadınların çox azı sağ qaldı, çünki bir qismi daha o illərdə işgəncələrlə öldürüldülər. Həyatda qalanlar isə yaşadıqları utanca çox dözə bilmədilər və erkən yaşlarında həyata vida etdilər. Buna qarşılıq Yaponiyanın müharibə cinayətlərini mühakimə edən Tokio Məhkəməsində cinsi şiddət və təcavüz “insanlıq xarici rəftar”, “pis rəftar”, “ailənin şərəf və ləyaqətini qorumamama”kimi nisbətən xəfif ittihamlarla ötürüldü. Sadəcə 14-cu ordu komandiri general Tomoyuki Yamasita vəzifəsi əsnasında təcavüzlər olduğu üçün cəza aldı.

Yaponların susqunluğunu pozan çin əsilli amerikalı yazar Ayris Çan’ın 1997-ci ildə nəşr olunan “Nankinq təcavüzü” kitabı oldu. Sadəcə 13 dekabr 1937-ci ildən etibarən 6 həftə davam edən və 300 min cana mal olan Nankinq qətliamından (tarixdə “Nankinq təcavüzü”) deyil, yaponların qurduğu əmək düşərgələrindən, müharibə əsirlərinə edilən pis rəftara, bioloji və kimyəvi silah təcrübələrindən də bəhs edilən kitab zamanında böyük bir səs-küy qopartmışdı. Amma əsl çaşqınlıq yaradan belə bir barbarlığın 60 il boyunca tarixin qaranlıq künclərində qalması idi. Yaponlar günahkar olduqları üçün səslərini çıxarda bilməmişdilər, amma çinlilər, filippinlilər, tayvanlılar, indoneziyalılar, koreyalılar niyə bu olayın hesabı soruşmamışdılar? Yaponiyanın o tarixdən bu yana etdiyi tək etdiyi “bütün bunlar yaponların imicini zədələmək üçün çinlilərin uydurduğu yalanlardır” demək olmuşdu. 1998-ci ildə yapon məhkəməsi çinli qadınlara təzminat ödənilməsini “müharibə dövründə bütün qadınların acı çəkdiyi” bəhanəsi ilə rədd etmişdi. Ancaq sonda həm zərər çəkmiş ölkələrinin, həm də insan hüquqları təşkilatlarının səyləri ilə Yaponiya yarım ağızla da olsa üzr istədi. Ayrıca 1994-cü ildə Asiya Qadınlar Fonduna 800 milyon dollar ödədi. Amma gün olmasın ki, bir yapon siyasətçi, hətta tarixçi bu faciəni xəfifləşdirəcək, haqq qazandıracaq (“sayı 10 mini aşmaz”, və ya “qadınların hamısı könüllü çalışmışdı” növündə) bir açıqlama verməsin.

“Barbar” Asiyada bunlar olarkən “mədəni” Avropada nələr olurdu? Faşist orduları 1939-cu ildə Polşanı işğal etdiklərində polşalı (özəlliklə də yəhudi) qadınları öldürmədən öncə mütləq təcavüz edirdilər. Alman orduları SSRİ-yə hücum etdiklərində bir çox yerdə rus qadınlarını bu məqsədlə yaradılan düşərgələrində həbs etdilər. Ayrıca Almaniyada Polşa, Fransa, Skandinaviya, Balkan, Rusiya, Şimalı Afrika və Orta Şərqdən topladıqları qadınları bəzi düşərgələrdə topladılar. Bəzilərini əsgərlərin “ehtiyacları üçün” diyar-diyar gəzdirdilər. Bu qadınların sayının 50 minə yaxınlaşdığı hesab edilir.

1944-cü ildən etibarən rollar dəyişdi, bu dəfə alman ordularını məğlub edən “kommunist” Qızıl Ordu ilə “liberal” Kanada və Britaniya orduları da Almaniyada təcavüz cəzasını böyük bir şövqlə tətbiq etdilər. Bu qəbildən fransızların mərakeşlərdən meydana gətirdiyi birliklər İtaliyada 7 mindən çox qadın və uşağa təcavüz etdi. Yenə fransızların Seneqal birlikləri 17 iyun 1944-cü ildə Elba adasında toplu təcavüz olaylarına qatıldılar. Polşalılar hamısından şanssız idilər, çünki 1939-cu ildə almanların təcavüzündən qurtulanları 1945-1949-cu illər arasındakı Sovet işğalı dönəmində bu dəfə də Qızıl Ordu əsgərlərinin təcavüzü gözlənilirdi. Üstəlik bu mövzunun danışılmağa başlanması ancaq 1990-cı illərin əvvəlində Şərq Blokunun dağılmasından sonra mümkün oldu.

İkinci Dünya Müharibəsi əsnasında amerikalıların törətdiyi cinayətlərlə bağlı gizlilik qərarı isə ancaq 2006-cı ildə qaldırıldı. Bu sənədlər üzərində çalışan Robert C. Lilli’yə görə İngiltərə, Fransa və Almaniyada amerika əsgərləri tərəfindən təcavvüzə uğrayan qadın sayı 14 minə yaxındır. Hər halda söyləməyə ehtiyac yoxdur, müharibə cinayətkarlarının mühakimə olunduğu Nürnberq məhkəməsində “sülhə qarşı cinayətlar”, “müharibə cinayətləri”, “insanlığa qarşı cinayətlər” cəzalandırıldı, amma təcavüz cinayətkarlarından kimsə bəhs etmədi.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0242 saniye