ikiotaqlı mənzil təkdir
Sən An tərəfindən "Şeir" bolməsinə 18:57 04 mart 2016 tarixində əlavə olunmuşdur

     ***

ikiotaqlı mənzil,
korridorda pişik.
qapının çəftəsində
sərxoş kişi asılıb.
və yenə iki otaqlı mənzil,
sərxoş kişininin ayaqları,
soyunub ayaqqabıları
tualetə gedir.
pişik korridorda miyoldayır,
açıq qalan qapıya salam verir.
ikiotaqlı mənzil,
bir otaqda xəstə qadın uzanıb,
o biri otaqda əşyalar qadına keşiş çəkir..
iki otaqlı mənzil sığmır özünə,
keçir eyvana,hava almağa.
çəkir stulu altına,
dirsəklənir stola.
iki otaqlı mənzil təkdir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0261 saniye