Ay işığını qədəhlərə doldurub içmək
Və ansızın səni sevmək...
Qaranlığın ulduzlarını çəkib
yağmur yerinə yağdırmaq
Və arzular tutub ümidlənmək
ulduz qaydı niyyətinə...
Bozdan seçilməyən buludları
qovmaq göy üzündən
bəyaza haqsızlıq olmasın düşüncəsilə...
Birlikdə parçalamaq bütün tabuları
insanlığa hədiyyə eşqinə...
sunmaq həyatı azadlığı ilə
dünyaya çərçivədən boylanan insanlara...
Qorxmadan getmək ötəyə
əlini uzatmaq ta ucsuz yüksəkliyə
Tanrıya qovuşmaq istəyilə...
Aysel Abdullazadə...