İlk rübai ustası – Ömər Xəyyam
Aysel Abdullazadə tərəfindən "Elmi məqalə" bolməsinə 00:54 09 dekabr 2015 tarixində əlavə olunmuşdur

Əsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam olan dahi iranlı şair 18 may 1048-ci ildə Nişapur şəhərində doğulmuşdur. Çadırçı ailəsində doğulmuş Ömər riyaziyyat, fizika,tibb, astronomiya elmləri ilə maraqlanırdı.

Yaşadığı dövrdə İbn Sinadan sonra ən yaxşı alim kimi qəbul edilirdi. Tibb, fizika, astronomiya, cəbir, həndəsə və riyaziyyat elmlərində önəmli çalışmaları olan Ömər Xəyyam üçün zamanın bütün elmlərini bildiyi söylənilir. O digərlərindən fərqli olaraq etdiyi çalışmaların çoxunu qələmə almayıb, yoxsa adını eşitdiyiniz bir çox teoremlərin müəllifi odur.

Ömər Xəyyamın ən böyük əsəri “Cəbr Rəsaləsi”dir. On hissədən ibarət olan bu kitabın dörd hissəsində tənliklər araşdırmış və bu tənlikləri təsnif etmişdir. Riyaziyyat tarixində bunu edən ilk alim Ömər Xəyyamdır.

21 Mart 1079-cu ildə tamamladığı xalq arasında Ömər Xəyyam Təqvimi, bu gün isə Cəlali Təqvimi olaraq bilinən təqvim üçün böyük səy göstərmişdir. Günəş ilinə görə təyin edilən bu təqvim 5000 ildə bir gün səhv verərkən, bu gün istifadə etdiyimiz Qriqoryan Təqvimi 3330 ildə bir gün səhv etməkdədir.

İranın Səlcuqluların rəhbərliyində olduğu bir dövrdə yetişən Xəyyam Xorasandan sonra Bəlx, Buxara və Mərv kimi elm mərkəzlərini gəzdi. Zamanının hökmdarlarından, xüsusilə səlcuqlu sultanı Məlikşak və Qaraxanlılardan Şəmsülmülkdən böyük yaxınlıq gördü, saraylarınavə məclislərinə dəvət olunurdu. 1074-cü ildə İsfahana rəsədxanaya rəhbərlik etmək üçün dəvət alır. 1092-ci ildə ona hamilik edən səlcuq şahı Məlik şahın və vəziri Nizam-əl Mülkün vəfatından sonra İsfahanı tərk etməli olur. Xəyyam özündən sonra gələn xeyli şairə təsir etmiş, rübai sahəsində tək nümunə olaraq yaddaşlarda qalmışdır.

Qapalı həyaz tərzi keçirən Ömər Xəyyam evlənməyib. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilərin daimi təqiblərindən həmişə qorxu içində yaşayıb. O, İran və Şərq ədəbiyyatında rübai növünün qurucusu sayılır. Yaşadıqlarını, gördüklərinişeirlərinə dilə gətirərdi. Xəyyam asan başa düşülən, yumşaq və axıcı dildə yazırdı. Ona görə, gerçək olan yaşanandır, o biri dünyada ikinci bir həyat yoxdur. İnsan yaşadıqca gerçəkdir, gerçək isə yaşananlardır. Ən yaxşı ölçü ağıl və sağlam fikirdir. İnsan bir ağıl varlığıdır. Gerçəyə ancaq ağıl yolu ilə çata bilər.

Ömər Xəyyamın ölüm tarixi məlum deyil. Bəzi mənbələrdə 1123-cü il, bəzi mənbələrdə isə 1131-ci il kimi göstərilir. Yazılanlara görə, o, həyatının son saatlarında İbn Sinanın "Şəfa kitabı"nı diqqətlə oxuyurmuş. Axşam namazını başa çatdırandan sonra səcdəyə gedərək deyib: "Ay Allah, Sən bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir". Bununla da həyatla vidalaşıb.

Son vəsiyyəti isə belə olub: "Qəbirim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək". Doğrudan da, belə olub. Qonşu bağın armud və qaysı ağaclarının qəbiristanlıq hasarından sallanan güllü-çiçəkli budaqları böyük mütəffəkkirin qəbrinə çətir tuturmuş.


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+28=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0381 saniye