İlleqal müəllim: Ceyn Elliott
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 15:47 01 aprel 2018 tarixində əlavə olunmuşdur

Hər şey Martin Lüter Kinqin 1968-ci ildə sui-qəsdlə öldürülməsi ilə başladı. Ceyn Elliott sadəcə bəyaz və xristianlardan ibarət mühafizəkar və irqçi Ayova qəsəbəsinin məktəbində 3-cü sinif müəllim idi. Hər ay şagirdlərinə böyük uğurlar qazanan bir neçə insanı tanıdırdı. Bir öncəki ay dr. Martin Lüter Kinqi tanıtmış, şagirdlər də Kinqi "ayın qəhrəmanı" seçmişdilər.

4 aprel 1968-ci ilin cümə axşamı Ceyn evində divanda rahatca uzandı. İzləyə biləcəyi bir şeylər tapmaq ümidi ilə televizoru açdı. Açar-açmaz ekrandakı görüntülər qarşısında donub qaldı. Martin Lüter Kinq vurularaq öldürülmüşdü.

Ertəsi gün 8 yaşlı şagirdlərinə bu sui-qəsdi, irqçiliyin nə demək olduğunu necə açıqlayacaqdı?

Şagirdlərin heç biri həyatlarında zənci insanla üz-üzə gəlməmişdi. Bu uşaqların ana-atalarının belə qarşılaşdığında şübhə edirdi. Özü də həyatında ilk dəfə zənci insanı 19 yaşında ikən görmüşdü. Zənci onlar üçün sadəcə televizor ekranında mövcud idi. Qəsəbə xalqı mühafizəkar, qapalı bəyaz toplum idi. Bu fanatik ortama və öz qəsəbəsindən heç çıxmamasına rəğmən Ceyn azad fikirlərə sahib, şagirdlərinin "insani" tərəflərini inkişaf etdirməklərinə çox böyük önəm verən idealist müəllim idi.

Ertəsi gün şagirdlərindən birinin Kinq sui-qəsdi ilə bağlı sual verəcəyini təxmin edirdi. Şagirdlərinə irqçiliyin və ayrı-seçkiliyin nə olduğunu necə başa sala biləcəyi üzərində beynini zorlamağa başladı. Ağlına qısa müddət öncə oxuduğu "Mila 18" əsəri gəldi. Əsərin bir hissəsində nasistlərin hansı məhkumların öləcəyinə, hansılarının yaşayacağına göz rənglərinə baxaraq qərar verdikləri göstərilirdi. Nasistlərə görə mavi gözlülər üstün irqli, yaxşı və saf idi. Qəhvəyi gözlülər pis, aşağı irq idilər, yox edilməli idilər.

İstədiyi ilham gəlmişdi.

Cümə səhəri müəllim, sinif yoxlamasından sonra şagirdləri göz rənglərinə görə 2-yə ayırdı. Sinifdə 20 mavi gözlü, 8 qəhvəyi gözlü şagird vardı. Ceyn mavi gözlüləri bir yana, qəhvəyi gözlüləri bir tərəfə əyləşdirdi. Mavi gözlülərin qoluna bant taxdı. Fiziki ortam hazırlanmışdı.

Soruşdu: "Zəncilər haqqında nə bilirsiniz?"

Qısa susqunluqdan sonra uşaqlardan ard-arda cavabar gəldi. Zəncilər axmaqdır, cahildir, çimməzlər, pis qoxarlar, bir işdə uzun müddət çalışmazlar, tənbəldirlər. Uşaqlar zəncilərə aid bu özəllikləri bir duyğu ilə deyil, "2 vur 2 bərabərdir 4" kimi əzbər söyləmişdilər.

"Bəs zənci qız və ya oğlan olmağın necə bir duyğu olduğu hiss etməyə nə deyirsiniz? Öyrənmək istəyirsinizmi?"-deyə soruşdu.

Uşaqlar yeni oyun oynamağın həyəcanı ilə bir ağızdan "Bəəəliii!" deyə bağırdılar. Müəllimlərinin onlara oyunlar vasitəsi ilə yeni şeylər öyrətməsinə alışqındırlar.

Böyük təcrübə başladı!

Müəllim dərin nəfəs alaraq ilk sözünü söylədi: "Bu sinifdə qəhvəyi gözlülər daha yaxşı insandırlar. Ayrıca daha təmiz və daha ağıllıdırlar."

Mavi gözlü uşaq "Yox, deyil" deyə etiraz etdi.

Ceyn hər uşaqla göz təması quraraq "Bəli, qəhvəyi gözlülər mavi gözlülərdən daha yaxşıdırlar" deyə sözünü yenilədi. Uşaqlara göz rəngini əmələ gətirən piqment hüceyrələrinin zəkaya necə təsir etdiyini, mavi gözlülərin beyinlərinin qəhvəyi gözlülər qədər böyük olmadığını danışdı.

"Göz rəngi, saç rəngi və cild rəngi bədənimizdəki kimyəvi maddədən qaynaqlanır"

Təbaşiri əlinə alaraq taxtaya MELANİN yazdı. Ceyn taxtaya bir şey yazıldığı zaman söylədiklərinin rəsmiyyət qazanacağını bilirdi. Danışmağa davam etdi.

"Melanin zəka səviyyəsini müəyyənləşdirir. Daha çox melanin daha tünd rəngli göz, daha artıq zəka deməkdir. Qəhvəyi gözlülərdə daha artıq melanin olduğu üçün onlar daha ağıllı və daha yaxşıdırlar."
Ceyn şagirdlərə avtoritar səslə və taxtaya yazdığı "elmi" məlumatlarla mavi gözlü şagirdlərin qəhvəyi gözlü şagirdlərə görə nə qədər axmaq, etibarsız və tənbəl olduqlarını uzun-uzun danışdı.

Sonra qaydalar sıralamağa başladı.

Mavi gözlü uşaqların nahar yeməyində 2-ci boşqab almalarına icazə verilməyəcəkdi və yeni açılan idman salonunda oynamayacaqdılar. Qəhvəyi gözlülərin 5 dəqiqə artıq tənəffüsü olacaqdı. Ceyn qəhvəyi gözlü uşaqların daha çalışqan, düşüncəli, etibarlı və dürüst olaraq təsvir edib kürəklərini sığalladı. Onlara daha öncə dost olsalar da, artıq mavi gözlülərlə oynamamalarını məsləhət gördü. Çünki mavi gözlülər pisdir,  Mavi gözlülər etibarsız, məsuliyyətsiz, tənbəl və axmaqdırlar. Amma bu, onların günahı deyildi. Nə etsinlər, mavi gözlü olaraq dünyaya gəlmişdilər.

Bu məşqin haqqını verə bilmək üçün Ceyn bütün bunların öz uydurması olduğunu təcrübənin bitişinə qədər söyləməyəcəkdi: Nə uşaqlara, nə ailələrə. Uşaqlar Ceynə çox güvənirdilər. Onun ağzından çıxan hər sözə inanırdılar.

Ceyn sininfdən soruşdu: "Mavi gözlülər öyrəndikləri şeyləri xatırlayırmı?" Qəhvəyi gözlülər hamısı bir ağızdan "Yoooxxx!" deyə bağırdılar.

Artıq başlamışdı.

Ceyn  mavi gözlülərin suyu su fontanından ağızlarına dayayaraq deyil, kağız stəkanlarda içməsini tənbehlədi. Bir mavi gözlü "niyə?" deyə soruşunca qəhvəyi gözlü bir uşaq anında cavab verdi: "Çünki pissiniz. Eyni su fontanından su içən bizlərin mikrob qapmağımızı əngəlləmək üçün."

Müəllim başı ilə təsdiqləyincə bu məlumat da rəsmiyyət qazanmış oldu. Qəhvəyi gözlü şagirdlər Ceyn tərəfindən verilən bilgilərlə nə qədər önəmli və dəyərli olduqlarını hiss etdilər. O gün yazılan imtahanda aldıqları qiymətlər belə 2 həftə öncəki imtahanla qarşılaşdırıldığında anidən yüksəlmişdi.

Mavi gözlülər isə müəllimləri tərəfindən gün boyu aşağılandırlar, azarlandılar, icazə verilmədikcə söz haqqına sahib ola bilmədilər. İşin maraqlı tərəfi sadəcə müəllim deyil, qəhvəyi gözlü şagirdlər də mavi gözlü dostlarını aşağılamağa, onlara pis davranmağa, özlərini mavi gözlülərdən üstün görməyə başlamışdılar.

Bir uşaq Ceynin verdiyi riyazi sualın cavabını bilməyincə qəhvəyi gözlü uşaq bağırdı: "Əlbəttə ki, bilməz. Mavi gözlüdür, nə olacaq?"

Bu sırada bir uşaq Ceyndən soruşdu: "Hey, xanım Elliott, sənin də gözlərin mavidir. Necə müəllim ola bildin?" Bu suala cavab verməsinə fürsət qalmadan başqa bir qəhvəyi gözlü uşaqdan cavab gəldi: "Mavi gözlü olmasaydı, müdirə ya da idarəçi olardı. Sadəcə müəllim ola bilmişdi."

Dərsin bir nöqtəsində Ceyn divara asmağa çalışdığı xəritəni yerə düşürdü. "Hay da, yenə düşürdüm" deyə öz-özünə deyinərkən bir uşaq bağırdı: "Eh, nə gözləyirsən ki? Mavi gözlü deyilsən?"

Daha nahar olmadan sinifdəki 8 qəhvəyi gözlü uşaq liderliyi ələ keçirmişdi. Mavi gözlüləri aşağılayan amansız cümlələr qəhvəyi gözlülər tərəfindən ard-arda gəlirdi. 20 nəfərdən ibarət mavi gözlülərin üzüntüləri, güvənsizlikləri, çarəsizlikləri üzlərindən və çökmüş çiyinlərindən oxunurdu. Ağıllı mavi gözlü qız daha əvvəl vurma cədvəlini su kimi bildiyi halda indi bir sürü səhv etməyə başlamışdı. Qəhvəyi gözlülərin isə oxuma çətinliyi çəkən və ən yavaş öyrənəni belə üzündə qocaman təbəssümü ilə heç təkləmədən oxumağa başlamışdı. Nahar yeməyi arasında mavi gözlü qız ağlayaraq sinfə girdi. Tənəffüsdə 3 qəhvəyi gözlü qız onu mühasirəyə almış, biri də vurmuşdu. Üstəlik "Yolumuza çıxdığın üçün bizdən üzr istəsən, yaxşı olar. Çünki biz səndən yaxşıyıq" deyə onu təhdid etmişdilər. Daha da acıqlısı mavi gözlü qız 3 kobud qızdan üzr istəmişdi.

Ceyn uşaqların bu qədər qısa zamanda bu qədər irəli gedə biləcəklərini təxmin belə edə bilməzdi.

Bazar ertəsi günü Ceyn uşaqlara cümə günü verdiyi verdiyi məlumatlarda bir səhv etdiyini, əslində mavi gözlü şagirdlərin daha üstün olduğunu "elmi" olaraq göstərdi. Bu dəfə alçaldıcı qol bantları qəhvəyi gözlü şagirdlərə taxıldı. O gün yazılan imtahanda  qəhvəyi gözlü şagirdlər daha aşağı qiymət aldılar. Cümə gününə bənzər bir çox şey yaşandı. Amma önəmli bi fərq vardı. Mavi gözlülər dostlarına daha az pis davranırdılar. Mavilər bir gün öncə qəhvəyi gözlü şagirdlərinın amansız davranışlarının nəticələrini yaşamışdılar. Eyni şeyləri təkrarlayaraq eyni acını çəkdirmək istəmirdilər.

O gün nahardan sonra Ceyn qəhvəyi gözlülərə qollarındakı bantları çıxarmalarını söylədi. Bütün olayın bir fantaziya olduğunu, bəyazların zəncilərə etdiyi irq ayrı-seçkiliyini, bunun zəncilər tərəfindən necə hiss edildiyini anlamaları üçün bu dərsi hazırladığını danışdı.

Şahid olduğu mənzərəni heç vaxt unutmayacaqdı.

Uşaqlar bir-birinə sarılır, kimi gülür, kimi hıçqıra-hıçqıra ağlayırdı. Ceyn şəfqətlə uşaqlara bu dərsin Kinq sui-qəsdi ilə bağlı olduğunu xatırlatdığında uşaqlardan biri Kinqin uşaqlarının olub-olmadığını soruşdu. Ceyn "4 uşağı var" dedi. Uşaqlar öz ataları sırf dəri rəngləri bəyaz olduğu üçün öldürülmüş olsaydı, nə hiss edəcəklərini düşünməyə başlamışdılar.

Ceyn uşaqlardan dr. Kinqin həyat yoldaşı Koretta Kinqə verilmək üzrə duyğularını paylaşan bir kompozisiya yazmalarını istədi.

Ertəsi gün Ceyn nahar yeməyində anası ilə birlikdə kompozisiyaları oxudu. Anası bu kompozisiyaları qəsəbənin yerli qəzetinin redaktoru ilə paylaşdı. Uşaqların yazdıqları "Ayrı-seçkilik insana nələr hiss etdirir?" başlığı ilə qəzetdə yayımlandı.

Hər ölkədə yerli qəzetləri darayaraq önəmli tapdığı xəbərləri agentliklərə bildirən mətbuat işçiləri vardı. Bu agentliklər seçilən xəbərləri ölkə və dünyada üzvlüyü olan media ortaqlarına bildirir. Yazılı, eşitmə və görmə media da bu agentliklərdən gələn xəbərləri darayaraq öz media kanallarında yayımlayıb-yayımlamamağa qərar verir. Bu səbəblə eyni xəbərləri eyni gün müxtəlif qəzetlərdə və tv kanallarında görürük.

Associated Press" adına çalışan mətbuat işçisi Ceynin təcrübəsi ilə maraqlandı və yerli qəzet məqaləsini agentliyə çatdırdı. Xəbər bir çox qəzetdə yayımlandı.

Nəticə: Ceyn Elliott Amerikanın ən çox izlənən televiziya proqramlarının aparıcılarından arxa-arxaya dəvət aldı.

Ceynin mesajı proqramın yayımlandığı Amerika tv kanalı NBC-də izləyicilər tərəfindən tayı-bərabəri görülməmiş etirazla qarşılaşdı. Köşə yazarları mövzu haqqında yazı yazdı. Studiyadakı izləyicilər arasında bir qadın proqram əsnasında Ceynə bunları söylədi: "Nə cürətlə bu amansız təcrübəni bəyaz uşaqlarımıza keçdin? Zənci uşaqlar bu davranışlara alışqandırlar. Amma bəyaz uşaqlarımızın bunu anlaması mümkün deyil. Uşaqlarımıza niyə belə qorxunc təcrübə yaşadırsan? Bəyaz uşaqlarımız qorxunc miqyasda psixoloji zərər görəcək."

Ceynin verdiyi cavab möhtəşəm idi: "Sizin bəyaz uşaqlarınızın qırılğan eqolarına edilən bir günlük hücum onların yaşadığı ən böyük faciədirsə...çox şanslıdıırlar."

Ceyn bu ilk proqramdan sonra "Oprah Show"a 5 dəfə olmaq üzrə bir çox tv proqramlarına qonaq oldu.

Ceyn Ağ Sarayda təlimçilər, doktorlar, psixiatrlar, sosial xidmət işçiləri və təşkilat liderlərindən ibarət hörmətli cəmiyyətə eyni məşqi təkrarladı. Nəticələr acı idi. Bu yetişkin  və təhsilli, toplumun hörmətlə baxdığı insanlar məşqin məqsədini bilmələrinə rəğmən ayrı-seçkiliyin bataqlığına çox sürətli düşmüşdülər. Üstəlik uşaqlardan daha artıq şiddətə baş vurmuşdular.

Ceyn Elliott bu məşqi məktəbində 6 il boyunca davam etdirdi. Bütün digər müəllimlərin və valideynlərin etirazlarına rəğmən 450-dən çox uşaq 1968-1984-cü illər arasında hər il eyni təcrübəyə tabe tutuldular. Uşaqlar üçün sürpriz ortadan qalxmasına rəğmən bu 2 günlük təcrübə hər biri üçün həyat dəyişdirən xüsusiyyətdəydi.

Ceynin ilk təcrübəsindən 3 il sonra Şimal Ayova Universiteti tərəfindən aparılan araşdırma sadəcə bu təcrübədən keçən uşaqların deyil, Ceynin məktəbində oxuyan BÜTÜN uşaqların oxşar quruluşdakı mühafizəkar bəyaz topluluqlardan ibarət bölgələrin məktəblərində oxuyan uşaqlara görə daha az irqçi davrandıqlarını ortaya qoydu. Təcrübədən keçən uşaqların pozitiv dəyişikliyi məktəbdəki digər uşaqlar üzərində də pozitiv təsir yaratmışdı.

Bu şagirdlərin çoxu illər keçdikdən sonra belə yaşadıqları təcrübəni dünən kimi xatırladıqlarını bu məşqin həyatlarında dönüş nöqtəsi olduğunu söyləyirlər. Bu təcrübədən keçmiş şagirdlərlə 30 il sonra tv proqramı oldu. Keçmiş şagirdlərin çoxu Ceynə minnətdar idi. Onu qəhrəman və fövqəladə müəllim olaraq xatırlayırlar.

Ceyn uşaqları tədris xarici bir çox fəaliyyətə qatması ilə bilinən qeyri-adi müəllim idi. Məsələn, bir dərsdə şagirdlərə qəsəbələrini ağaclandırma vəzifəsini vermişdi. Əcəba hər uşaq necə ağac toxumu əkə bilərdi? Ceynin şagirdlərinin əkdiyi toxumlarının cücərtdiyi ağaclar hələ ayaqdadır. Uşaqlara film çəkməyi öyrətdi. Qızını gətirərək onlara rəqs dərsi verdi. Tapmaca çözdürdü. Bunlar kimi saysız maraqlı işləri uşaqlara etdirirdi. Məqsədi onları həyata hazırlamaq, daha insan olmalarını təmin etmək idi.

Ceynin məktəbinə ştat ildə bir milyon fond dollar ayırmağa qərar verdiyində şagirdlərinin bir milyon rəqəminin nə qədər olduğunu anlamaları üçün onlara bir milyon ədəd qarğıdalı dənəsi toplamalarını söyləmişdi. Məktəb rəhbərliyi bu fondu əslində Ceynin uğurlarına borclu olduğunu bilir və məktəb müdiri Ceynin etdiklərini dəstəkləyirdi.

Ceyn Elliott Amerika Təhsil Tarixi ensiklopediyasında Konfutsi, Aristotel, Platon, Mariya Montessoru kimi adların yanında yer aldı

1971-ci ildə Amerikası tv-sı ABC-də yayımlanan və məşqi göstərən "The Eye of the Storm" sənədli filmi "Peabody" mükafatını qazandı. Bu təcrübə ilə bağlı 2 kitab yazıldı, 3 sənədli film çəkildi və tv-lərdə yayımlandı. (Digər 2 filmin adı: "A Class Divided" və "Angry Eye")

Ceyn bütün bu uğurlarına rəğmən qəsəbə xalqından "bəyaz insana yönəlik hücum" ittihamı ilə məruz qaldığı təzyiq və həqarət səbəbi ilə 1980-ci ildə məktəbini, işini və qəsəbəsini tərk etmək məcburiyyətində qaldı.

O gündən bu günə Ceyn fərqli ştatda yaşayır. Bir neçə kiçik dəyişikliklə "Çeşidliliyə hörmət" başlığı ilə təlim yaradaraq eyni təcrübəni aparmağa, insanlara ayrı-seçkiliyin nə olduğunu hiss etdirərək öyrətməyə davam edir. Ceyn bir çox beynəlxalq şirkətə və dövlət idarələrinə verdiyi təlimlərlə milyonlarla şəxsin həyatını dəyişdirdi. 350 üzərində kollec və universitetdə seminar verdi. Dünya miqyasına 600.000-dən artıq yetişkin onun təlimlərindən keçdi. Ceyn Elliottun metodlarına dayanan "Çeşidliliyə hörmət" təlimi Ueyk-Forest universiteti, Con Hopkinks Universiteti kimi bir çox universitetdə məcburi təlim oldu.

Hər cür ayrı-seçkiliyin ortadan qalxmasına, empati və etik dəyərlərinə inkişaf etməsinə bütün dünyanın o qədər ehtiyacı var ki...

Ceyn Elliottun sözünü yenə təkrarlamaqda yarar var: "Tanrı tək bir irq yaratdı: İnsan irqi. İrqçiliyi isə insan yaratdı."

Ceyn ABŞ-da başqa şeylərin də dəyişməsinə səbəb oldu. Məsələn, 60-cı illərdə qadın corablarında cild rəngi corab bəyaz qadının cild rənginə uyğun hazırlanırdı.

Karandaş qutularında dəri rəngi olaraq təyin olunan boya qələmi bej rəngdəydi.

Ceyn qatıldığı hər tv proqramında bu həssas mövzuların üzərinə getdi. Dəri rəngi deyilincə niyə sadəcə bəyaz insanın dəri rəngi anlaşılırdı?

Nəticə. Bugün qadın corablarında 12 ayrı "dəri rəngi" corab hazırlanır. Karandaş qutularında 12 ayrı "dəri rəngi" boya qələmi var.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+26=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0226 saniye