İmkanlı olmaq şərəfini itirməkdirsə isdəmirəm
Rahid Zahidoğlu tərəfindən "Ədəbi tənqid" bolməsinə 00:47 10 aprel 2014 tarixində əlavə olunmuşdur

İnsan bəzən acgözlüyünün ücbatından əsas xəzinəsi, var dövləti olan şərəfini itirir. Heç bəzən onun varlığından belə xəbəri olmur. Təki işləri yolunda getsin, irəliyə gedə bilsin deyə hər şeyə əl atır. Dostun satır, qürür desən onsuz da şərəf olmayanda o harda. ailəsinə söydürür, günaha girir, maska desən yanındadı həmişə. Nə desən etməyə hazırdı. Qürurunumu isdəyəcəksən? gözləməyə dəyməz səndədir. Şərəfinimi isdəyəcəksən, o nədir deyəcək.Təki qazancı gəlsin. Bəxt üzüyü filmindəki hüseyn demişkən tüpür üzünə ama beşlıyı ver. Gecə yatanda hər kəsdən rahat yatacaqdır, sanırsan arxasıyca söyülən, üzün çevirdikdə gülümsənilən bu deyil. Mən də şərəfimi, vicdanımı satacamsa isdəmirəm heç nəyi, şərəfim, vicdanım, qürurum mənimlə qalsın. Bir parça quru çörəyim olsun, bir stəkan suyum,başımı salacaq evim və ailəm olsun,imkanım olmasın ama şərəfim olsun. Pulum yoxdu deyə utanım ama şərəfim olsun. Dəblə ayaqlaşa bilməyim, ac qalım ama şərəfim olsun. Əlim,qolum olmasın, gözüm kor olsun ama şərəfim olsun.

 

P.s- ŞƏRƏFİNİZİ SATMAYIN, GÜN GƏLƏR LAZIM OLAR,,,,


... dəfə oxunub
Qiymət: 2/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0234 saniye