İnandır məni
Muzafferus tərəfindən "Şeir" bolməsinə 10:55 17 iyul 2017 tarixində əlavə olunmuşdur

(Səsli versiyası üçün: https://youtu.be/dgaROEKQaCo )

məni inandır mənim varlığıma

bəlkə məni sən yazdın?
bir şeir yazdın, məni yaratdın.
sonra özündən soruşdun məni,
öz varlığından fərqli bir məni.

 

sənin adın var, soyadın var, neçəsə yaşın,
qaldığın ünvan, doğulduğun şəhər, getdiyin məktəb.
sənin barmaq uclarında mürəkkəbin izləri var.
sənin xəyalların, hədəflərin, düşüncələrin var.
bir-iki yalan danışanda həqiqətə də salam deyirsən.
ailən var, yaxınların, dostların, tanışların.
bəlkə özündən də çox sevdiyin sevgilin var.
yox!
sənin sevgilin yoxdur ki, yazdın məni; etdin özünə aşiq.
sənin mənə ehtiyacın var.

bəs mənim, mənim nəyim var, hə?
de görüm zibilə qalmış adım nədi?
hansı xarabasında yaşayıram hansı şəhərin?
tez bir ad uydur, bir rəqəm de, olsun adım, yaşım.
məni inandır ki, mən varam.
göstər mənə şəkillərimi;
göz yaşlarımı və gülüşümü göstər.
inandır ki, mən varam.
sən varsan və mən də sənin kimi varam.
məni inandır ki, mən uydurma bir xəyal deyiləm.
mənə de ki, mən boş, adi sətirlərdən ibarət deyiləm.
xahiş edirəm, yalvarıram, mənə bir həqiqət ver.
mənim real olduğumu göstərəcək bir işarə,
əllərimə toxun, kiçik bir hiss ver.
inandır ki, mənim bir yolum var,
o yol bir yerdə sənin yolunla kəsişir.
qaçım gedim, durum o yol ayrıcında
gözləyim səni, gəlincə görmək ümidi ilə.
görüm səni və inanım
sən varsan,
mən varam…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+18=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0228 saniye