İNDİ MƏN...
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 15:48 18 noyabr 2017 tarixində əlavə olunmuşdur

İndi mən səninçün hamıdan biri,

İndi sən mənimçün köhnədən köhnə,

Hərdən rastlaşdığım uzaq tanışsan.

Tələsik salamlıq, ani baxışlıq,

Ötəri hal-əhval tutacaq qədər yadlaşdıq...

İndi bu günümüz dünəndə qalıb

Dünən tarix olub: qədimdən qədim,

Amma nə gizlədim

Gedişin ürəkdən bir yük qoparıb

Birin də ciyərdə düşürüb saldı,

İndi hər nəfəsdə ağırlıq edir.

Nə zaman danışsam,

Nə zaman dinsəm

Bu yük boğazımda ilişib, didir.

Kaş bir əl olaydı – görünməz bir əl

“Hop” deyə yükünü çəkib alaydı!..

Ya da... Elə sən özün gəl...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+13=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.026 saniye