İnsana aşiq olan qorxunc quş
Şəfiqə Şəfa tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 15:10 19 iyul 2016 tarixində əlavə olunmuşdur

Artıq minilliklərdir insan və heyvan dostluğu öz axarı ilə davam edir. İnsanın ən sadiq dostu, dar ayaqda yoldaşı, köməkçisi olaraq ən yaxın heyvanlar təbii ki ev heyvanları olan it, pişik və at hesab edilir. Bu heyvanların insana sadiqliyi dəfələrlə onların özü tərəfindən sübut olunub. Amma ev heyvanlarından daha sadiq bir heyvan, daha doğrusu quş var ki, bəlkə də çoxlarının ağlına belə gəlməyib. Bu – qara qarğadır. Indiyədək, ədəbiyyatda, filmlərdə bədlik, nəfslik, qorxu simvolu kimi təqdim olunan, görünüşü belə ürpədən bu qara qarğalar insan tərəfindən qəbul olunmasa da onlar özləri insanı seçirlər. Amma qorxu mənasında bir az haqlıyıq: məsələ burasındadır ki, qara qarğanın insana olan sevgisi də özü kimi qaradır. Yəni o, bir insana "vuruldumu”, vəssalam onun qara kölgəsinə çevrilir. Ondan başqa insan tanımır, onu çox qısqanır. Deyək ki, insan həmin qarğanı gətirib evdə saxlasa, qarğa evdəki bütün başqa heyvanları dimdikləməklə öldürür, ya da gözünü çıxarır. Bu təhlükə sahibinin övladı və həyat yoldaşına da aiddir. Odur ki, qarğanın yanında onun sahibinə səmimi olmaq ən azı insanın öz təhlükəsizliyi üçün olmaz.

Zooloqlar bildirirlər ki, qarğa çox ağıllı quşdur. Onun ağıl və hafizə qabiliyyəti təxminən 5 yaşlı uşaqdakı qədərdir. Bu da heyvanlar aləmi üçün üstün bir cəhətdir. Qarğalar çox vaxt sürü şəklində toplaşsalar da, əslində cüt şəkildə həyat sürməyi sevirlər. Cinsi yetkinlik yaşına çatanda onlar özlərinə cüt tapırlar və bundan sonra həyatı boyu ikinci cütləri olmur. Cütləri ölsə də, yalnız dolanıb-gəzməyə üstünlük verirlər. Qara qarğalar sinantropdurlar, yəni insan məskənləri yaxınlığına yaşayırlar, insandan qorxmurlar. Belə olduqda, qarğanın insan məskənindən kimisə bəyənib seçməyi də mümkün olur. Qarğalar heteroseksualdır - özünə əks cinsi sevirlər. Bəyəndiyi insanı qarabaqara izləyir. İnsan ona xoş rəftar göstərdikdə onunla evinə qədər gəlir, əl çəkmir. Əslində qarğa insanın özünəbənzər olmadığını çox yaxşı anlayır. Amma yenə də "ürəyinə hökm edə” bilmir. Hətta platonik sevgiyə də razı olur, dərk edir ki, seçdiyi insan ona qarğa cinsi kimi qarşılıq verə bilməyəcək, buna rəğmən insandan vaz keçmir.

Əgər seçdiyi insan onu uzaqlaşdırmaq, hətta başqasına satmaq istəsə bu qarğanın ürəyini yaralayır. İnciyib gedir və bir neçə ay içində həsrətindən ölür.  


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0257 saniye