İnsani sevgi
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:56 26 may 2023 tarixində əlavə olunmuşdur

Zülmətdən üz döndərib

Gülüşündə göz açdım,

Sevdim səni günəştək

Başıma od ələndi

İndisə insan kimi

Sevəcəyəm, əbədi…

Kaş ki deyirdim əvvəl,

Sən də şair olaydın

Nə yaxşı ki, deyilsən,

Bəxtimiz gətirib lap

İki şair bu eşqə

Sığa bilməzdi heç vaxt.

Batır ağır duyğular

Bu dibsiz ürəyimdə

Daha dərin hissmi var

Sənin yoxluğun kimi?!

Böyükşor da susub, bax

Sənin susduğun kimi...

Sən indi həyatımda

Keçmişdən xəyal kimi

Sevimli sonsuzluğa

Yol alan gələcəksən...

İnana bilmirəm heç

Axı bu mümkün deyil

Lənətə gəlsin həyat

Səndəmi öləcəksən?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+13=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0237 saniye