İnsanlar niyə qışqırırlar? - Pritça
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 17:20 29 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bir dəfə müəllim tələbələrdən soruşdu:

- İnsanlar niyə mübahisə edəndə qışqırır?

- Çünki əsəbiləşirlər, sakit ola bilmirlər – biri cavab verdi.

- Qarşındakı adam düz yanındadırsa, qışqırmaq nəyə lazımdır? – müəllim soruşdu – Olmazmı ki, sakit danışasan?

Tələbələrin hərəsi bir cavab verdi. Lakin heç biri müəllimi razı salmadı. Axırda özü izah etməli oldu:

- İnsanlar bir-birilərindən razı olmayanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Ona görə də bir-birlərini eşitmirlər və qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbiləşirlərsə, bir o qədər bərkdən qışqırırlar. Bəs insanlar bir-birlərini sevəndə nə baş verir? Onlar qışqırmırlar. Əksinə sakit danışırlar. Çünki ürəkləri bir-birinə çox yaxın olur və qışqırmağa ehtiyac qalmır.

- Bəs bir-birinə da çox aşiq olanda nə baş verir? – müəllim davam etdi. Ümumiyyətlə danışmırlar, sadəcə pıçıldayırlar və sevgi onları daha da yaxın edir. Onlar sadəcə bir-birlərinin gözünün içinə baxır və danışmadan bir-birlərini başa düşürlər. Mübahisə etdiyiniz zaman ürəklərinizə bir-birinizdən uzaqlaşmağa icazə verməyin, aranızdakı məsafəni artıran sözlər işlətməyin. Çünki bir gün gələr, məsafə o qədər uzaq olar ki, ona gedən yolu tapa bilməyəsiniz.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.049 saniye