İntəhar
Luna tərəfindən "Hekayə" bolməsinə 19:50 08 fevral 2020 tarixində əlavə olunmuşdur

"Hələlik","Sonra danişariq",vaxtım yoxdur olanda görüşərik" dediyiniz insanlarla doğurdan görüşəcəyinizə,sora danışacağınıza əminsiz?.Bəlkə o adamın bir neçə saat vaxtı var bu həyatda,bir neçə sözü var cəmi deməyə.Əminsiz onu yenidən görəcəyinizə?

Ölmək kəfən geyinib üstünüzə torpağın atılması deyil ki.İnsan yaşarkəndə üstünə torpaq atırlar.Güllər əkəcəyiniz torpaqlarda sənə qəbir də qazırlar.Səni tutan o qolların səni itələmək üçün tutduğunu hardan bilə bilərsən ki?.

Bəzən həyat səni bir yaralanmış quşun çarəsizliyinə soxar.Ətrafına çaqqalar yığar.Sən tək qanadla gedə biləcəyin qədər ona gedərsən.Səni o çaqqallardan qoruyar deyərsən.Və elə an olar ki, qoruduğunu sanarsan.Bir də baxarsan ki onunda ətrafında çaqqalar var onu da qapparlar və o səni onlara atar.Qaçar...

Əlvidalara nifrət etmişəm ağlamaqdan qorxmuşam.Nəsə dəyişib deyə soruşsaz..Hə.Əlvidalara hələ də nifrət edirəm amma qorxmuram.

Başda yazdığım sözə qayıdıram.Hələlik sonra danışarıq sözünü eşidən də gülümsəməyə çalışdım.Qatarı gəlmişdi,tələsirdi.Düzü mən də demək istəmədim bu sağolun salamı,sonra danışarıqların davamı olmayacağını.Dildə ona o qədər sağol demişəm ki indi ürəkdən desəm inanmayacaqdı.

Mənə doğru yox məndən qaçan bir adamı səsəiz uğurluyurdum.Onun oyuncağı sınmışdı,quşu ölmüşdü amma qırıq bir ruhda hələ bir ümid vardı Bu necə sevgi idi,amma o umid o sərt üzdə o tutumayan qollarda o uzaqlaşan ayaqlada bitirdi.Canım yanırdı  gülürdüm .

Bir insan sizi xatırlamaq istəmirsə o hədiyyələrin bir mənası yoxdur. xatırlamaq istəyənə bir an bəss edər.o hədiyyələrin sadəcə bahalı qiymətləri ilə onu satın alacağınızı düşünər.Əslində onun yaddaşında qalmaq istədiyinizi o ağlından belə keçirməz.

Bəs deyilmi? deyir içimdəki səs

Nə qədər o stansiyada tək qalacaqsan?

Nə qədər ona çıxan yollar axtaracaqsan?

Bezməmisən uzanan qısalan saçlardan,

Bezməmisən dərman kimi onu gündə 3 dəfə hər saat fikirləşməkdən?

Hara gedirsən belə?

Bıçaq sümüyə dirənib ey əslində .Qəbullənə bilmirsən sevən də nifrət edən də necə eyni adam ola bilər.

İnanmırdın hə,inanmırdın onun səni sevədiyinə?Onu hər kəsə qarşı müdafiə edəndə inanmırdın hə onların düzdüyünə?

Nə etdi o?

Hər kəsin içində səni qoyub getdi.Və hər kəsi haqqlı çıxartdı.İnandın?Gözlərindəki sevgisizliyi görəndə?inandın?

-HƏ

Kül oldun?

-Hə oldum.

Arxasından neçə dəffə dayan bir arxana bax deyə qışqırdın içindən.Neçə dəffə suall verdin bu adam necə arxasına baxmadan gedir deyə.Sən dərk edirsən  onun üçün fərqi yoxdu bu sənsən ya başqa biri

Amma bir özünə bax.başqası yoxdur sənin üçün

Getmək bilet almaq deyil ki..

Maşına,təyyarəyə,qatara minib getmək deyil ki

Qalaraqda gedə bilərsən.

-Necə axı?

Ruhunu özünü dəyişdir.Statuslarını deyil...

-Axı necə?

O sənin sevdiyin adamın bədənində başqa bir ruh deyil?

-Hə

O artıq o deyil.Zombi kimi fikirləş,yapay zəka kimi fikirləş onu Sevdiyin bir adamın robotu kimi fikirləş

-eee

esi səndə duyğularını qeyri aktif et.Onun diriltdiyini sən söndür.Onun sənə bağladığı həyat iplərini kəs.

Sənə yaşamağı öyrətdi razıyam amma qarşılığında həyatını aldı.Sənə öyrətdiyi həytı yox artıq anı yaşa.

O sənin dəyişməyəcəyni düşünür.

Çün ki onun üzüdür onun səsidir səni güldürən xoşbəxt edən.Fikirləş ki səni xoşbəxt edən mənzərə yox olub.O səni çoxdan buraxıb.Ağlatdı,incitdi hələ yazığı gəlməsini demirəm.Səni heç dinləmədi danışma sus dedi.

Səncə vaxtı deyilmi?

Onun üstünə qurduğun dünyanın qiyamətini yaşatdı sənə.Qiyamətinə dirəndin  burax dirənməyi indi ölmək vaxtıdı....

Sənə aşiq idi hə?

Səni sevirdi hə?

Səni qoruyurdu hə?

Səni buraxmayacaqdı da hə?

Sən yerə çaxılsaydın oda parçalanardı hə?

O adamın qiyamətini belə sevdin sən

Sənin sevdiyini o sənə çox gördü də .Aldı səndən həyata tutunduğun tək şeyi yerlərə vura-vura barmaqlarını qanadaraq qopardı səndən.Barmağın cızılsaydı dözə bilməzdi ... hər yerin yara içindədi hanı bəs o?

Əyər bir qum dənəciyi qədər səni istəyibsə .istəyibsə deyirəm sevir belə yox...

Səndə onun istədiyini sevdiyini öldür.

Heçnə yazma ona.Sənin hər göz yaşıyla yazdığın ona gic-gici gəlir.

Qorxma onu bir daha görməməkdən.Düşün ki o səni görməmək üçün üzünü kevirir.Qoxusunu duymamaqdan qorxma.Zatən gedəcəyimiz yer o qoxacaq.

Heç nə etmə zəng belə vurma sən sevdiyinlə soğollaşmadın ki o da sağollaşsın.

Onsuz həyat ona bildirim göndərəcək

"Biri uçmaq üçün balkona çıxdı.anı yaşamaq üçün boşluğa atacaq özünü" qaçırmadan izlə deyə.

Və beləliklə də onun qum dənəsi qədər sevdiyi ölmüş,quşu uçmuş,oyuncağı qırılmış olacaq

indi yox zamanla inanacaq ilk baxışdan kim olsa inanmaz. Amma inanacaq öldüyünə.....

 

 

 

 

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0368 saniye