İntihar edək mi? ;)
Muzafferus tərəfindən "Esse" bolməsinə 10:19 17 iyul 2017 tarixində əlavə olunmuşdur

Salam. Necəsən? Yəqin ki çox pis. Əhva-ruhiyən, kefin, yaşamaq istəyi, həyat eşqi – hamısı birdən ən bərbat vəziyyətdə, yerləyeksan. Gözəl. Əgər belə isə, onda yazımı sona qədər oxu, əks təqdirdə işimə yaramırsan.

Hə, deməli belə. Hər şey pis idi, çox gözəl, halükuladə. Hər dəfə olduğu kimi bu səfər də əzablar, ağrılar… hamısı baş qaldırıb. Başa düşürəm. Ən azından baa düşməyə çalışıram. Məndə o gündəyəm İçimdə böyük bir sevinc var. Bu gün sənlə bərabər bu işi bitirəcəyik. Və hər şey əla olacaq. Psixolojik vəziyyətimizin gərgin olduğu zaman heç düşünmək belə istəmədiyimiz valideynlərimiz, qohumlarımız, tanışlarımız, sevdiklərimiz – bir sözlə hərkəs, ağlayacaq ardımızdan. Onları ağlatmaq nə qədərdə gözəldir. Sizi bu yola sürükləyənlər vicdan əzabı çəkəcək – sizə çəkdirdikləri əzablardan qat-qat çox, artıqlaması ilə. Əla! Öldükdən sonra kaş onların göz yaşlarını da görmək, fəryadlarını eşitmək, vicdan əzablarını hiss etmək mümkün olaydı. O zaman tam məqsədə çatmış olardıq. Onsuzda nə də olsa başqalarına etdiklərinin cəzasını verməkdi istəyiniz. Axı biz “GÜNAHSIZ”kən bu qədər əzab çəkdirmişdilər. Hələ azdı bu onlara. Geridə bir məktub buraxaq, bir-bir adlarını yazaq və əlavə edək ki, sizlərin ucbatından bunu etməyə məcbur idim. Belə onlara daha ağır olar. Gözəl!  Başqa nə edə bələrik ki, cəzaları ağır olsun?… Özümüzü elə bi vəziyyətə salaq ki, intihardan sonra meyidimizi görənlər dəhşətə gəlsin. Əla olar. Nə də olsa tək fikrimiz başqalarına əzab çəkdirməkdi. Hə, fövqəladə bir fikir gəldi ağlıma. Qayalıqdan aşağı atsaq özümüzü parça-parça olarıq. Meyidimizi görənlərin əzabı 2 qat artar  Nə edəcəyimizi bilirik. Getdik!…

Addım-addım yaxınlaşıram…

Sən bu yazını oxuyarkən mən qayalıqdan aşağıda parça-parça olmuş meyidimlə sağollaşır, səmaya qalxar mənəvi cismimlə. Geriyə baxıram. Əla! Tam istədiyim kimi. İndi qoy hamı əzab çəksin. Hamısı – günahı olanda, günahsızda. Qurunun yanında yaş da yanar. Elə bəlkə biz də buna görə indiyə kimi bu qədər əzab çəkdik?!. yaş olduq, amma quruyla birgə yandıq. Niyə günahı başqalarının üstünə atırıq? Bəlkə elə günah bizdədir ki, qurunun yanındayıq. Yox, yox. Qətiyyən! Biz də heç günah olmaz axı. Biz süddən çıxmış ağ qaşığıq.  Amma xatırladım ki, dahi şəxslərdən biri belə bir cümlə işlətmişdi, “süddən çıxan ağ qaşığa yox, südün üzərində qoyduğu qara izlərə bax”. Yox, bizimlə nə əlaqəsi ola bilər ki? Bizim heç səhvimiz yoxdur, qara ləkəmiz yoxdur  Bizdən yoxdu ey, birdənəyik  Söhbətin məğzindən kənara çıxmayım. İntihar etdiyim üçün çox xoşbəxtəm. Yaxşı ki, bu yolu seçdim. Sizədə məsləhət görürəm cənab “ağ qaşıq” 

Bəlkə intihar edək? Geriyə baxmadan. Ataq zöümüzü qayalıqdan aşağı və ya qatarın altına. Asaq özümüzü tavandan iplərlə. Kəsək damarlarımızı, qanımızla boyayaq can verən bədənimizi. Sonuncu əzabımızı çəkək, sonsuz əzabdan xəbərsiz.

Dayan görək hələ. Deməli belə, indi çox “xoşbəxtəm”. İntihar etdim. Cəhənnəmdəyəm.  Bura çox “gözəl”di. İsti. Alovlu Yanıram! Ağlıma bir şey gəldi. Mənim fikrimcə, inancsız olan bəlkədə cəhənnəm qorxusundan, ara gedəcəyini bildiyindən, bunu inkar edərək yaşama tutunmağa çalışır.

Əslində heç kim, intihar edənin hansı psixologiyada olduğunu tam şəkildə dərk edə bilməz. Bu elə bir vəziyyətdir ki, hər kəsi unudub canına qəsd edə bilərsən. Bir anlıq ən sevdiklərnin belə beynində bir kənara atılmış olar. Bir anlıq unudarsan hər şeyi. İntihar edən elə bir vəziyyətdədir ki, səbəb, bəhanə, çarə, səhv, düz… – heç birini düşünməz o anlıq. Əslində intihar qorxaqların yox cəsarətlilərin, güclülərin işidir. Çünki hər adam bunu bacarmaz, cəsarəti çatmaz! İntihar edənə zəif gözüylə baxmayın, onlar çox güclüdürlər. Həqiqətən. Amma bir şey mənə maraqlıdır. Əgər bu qədər güclü idilərsə, niyə yaşayıb onarı intihara sürükləyən səbəblərə sinə gərməkdənsə, ən asanı seçdilər?!…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Muzafferus
Haqqında
"Şizofrenik Saturn" və "Nar dənələri" kitablarının müəllifi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.1223 saniye