İntihar
Tərlan Salahzadə tərəfindən "Hekayə" bolməsinə 22:28 22 noyabr 2013 tarixində əlavə olunmuşdur

Ona bir az zaman lazım idi ki düşünməyə başlasın.Əgər düşünə bilsə hər şeyin üstəsindən gələcəkdi.Külək iliyinə qədər işləyib.Soyuqda çox qala bilmədiyini başa düşür və uca mərtəbəli binalardan birinin zirzəmisinə daxil olur.Əvvəlcə isə bir az içki və bir neçə siqaret də almışdı.
İlk öncə sevgilisini düşünməyə başlıyır.Sonuncu dəfə yüksək ehtirasla,böyük bir çılğınlıqla sevişmələrini yadınsa salır.Axşam evə dönmədiyi gecələr yadına düşür.Hansını ki bütün gün sevgilisini qolları arasına almışdı.Sevgilisi ilə universitetdə tanış olmuşdu.Artıq 2 ildən çox idi ki bir yerdə idilər.Bu 2 ildə yalnız sevişmişdilər.Başqa yadda qalan hadisə olmamışdı.Buna görə də sevgilisinin onu həyata bağlayan şey olmadığını anladı.
Daha sonra heç görmədiyi atasını fikirləşdi(siqaret ve içki əlində idi).Atasının onu həyata bağlamadığını bilirdi.Amma yenə də onu düşünməyə bilməzdi.Ailə vəziyyətləri pis olduğundan atası Rusiyaya işləməyə getmişdi.Elə o gedən idi.Səsi sorağı gəlmirdi illərdi.Atasının üzünü belə xatırlamırdı.İndi onun atası oğlanın aləmində hansısa qəhrəmana bənzəyirdi.Hansısa pis qəhrəmana.Onları bu vəziyyətdə qoyub getdiyi üçün.
Bundan sonra isə xəstə anası yadına düşdü(artıq içki qurtarmışdı,son siqareti qalırdı).Onu min bir əzab əziyyətlə böyütməyini yadına salırdı.Xəstə ola-ola oğlunun təhsilini yarıda qoymamaq üçün onu oxudurdu.Evlərə təmizliyə getməklə həm dərman almalı,həm yeməyə pul saxlamalı,həm də oğlunun təhsil haqqını ödəməli idi.Anasına kömək olmaq üçün oğlan da işə düzəlmişdi.Bir anlıq belə qərara gəldi ki onu bu həyata bağlayan məhfum məhz onun anasıdır.Çünki anası ona görə hər ağrıya hər acıya qatlanmışdı.Amma oğlana bunlar heç kimi görünməyə başlayanda binanın ən yuxarı mərtəbəsinə çıxdı.Son siqareti yandır.Bu zaman isə özünü düşünməyə başladı.
Bəlkə elə həyatda özü üçün yaşamağa başlamalı idi.Hər şeyə xətt çəkib yalnız özünün olduğu bir dünya qurmalı idi.Onda bütün olanlar ona hec kimi gəlməz hətta həyatdan zövq də ala bilərdi.Amma yox…O istəmirdi.Doymuşdu həyatdan.Ruh sanki bədəndən azad olmağa çalışırdı.«Deyirlər özünü öldürmək acizlikdi,amma mən belə düşünmürəm.Çünki yalnız güclü insanlar intihar edə bilər.Geridə onlarla şeyi qoyub bu həyatı silməyi hamı bacarmaz.Bunu ancaq güclülər bacarar.Acizlər yox,məhz güclülər.Mən güclüyəm».
Son olaraq bunları ağlından keçirdi.Son tüstünü ciyərlərinə çəkib onu havaya buraxdı.Son addımını atmağa çalışdı.Nəsə mane olurdu.Amma son olaraq dedi.Mən güclüyəm.Artıq 3 saniyədən sonra onun cansız bədəni asfaltın üzərində olacaqdı.Oğlan isə bu 3 saniyə ərzində yalnız bir şeyi düşünürdü.
Kaş əllərindən son dəfə öpəydim ana…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+26=
Hesaba giriş
Müəllif

Tərlan Salahzadə
Haqqında

Əlaqə
Tel.:
+994555358510
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0337 saniye