it balasi
Sən An tərəfindən "Şeir" bolməsinə 17:47 05 aprel 2015 tarixində əlavə olunmuşdur

gəl ay it balası, 
quyruğunu bula,
ayağımı mən tərpədim,
sağa-sola,
addımlarımla oyna.

sən də darıxma,
mən də.
sonra mən gedim mənzilimə.

qaranlıq blokda qarşıma bir pişik çıxsın,
diksinim,
söyüm onun var-yoxunu.

o da baxıb mənə ürküb,getsin.
sənsə ay it balası,
arada bir gəl qapımın qabağında zingildə,
bərk sərxoş olsam açacam qapını.
keçərsən içəri.
ağzına ətini yeyib atmadığım sümüyü ataram.
sən yeyib yatarsan,
mən də içib.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye