Ithaf
Elnur Əliyev tərəfindən "Şeir" bolməsinə 23:04 15 oktyabr 2018 tarixində əlavə olunmuşdur

Elnur Rəsuloğlu (Əliyev)

 

Xətrinə dəyməsin yazacaqlarım,

Ağlına gəlməsin pis-pis fikirlər.

Ləkəsiz adım var, qazandıqlarım

İstəsəm, ömrümün sonuna yetər.

 

Dünyanın işini bilməkmi olur?

Əzrayıl oturub fürsət gözləyir.

Yanına səssizcə gəlməkmi olur?

Əli ətəyində dəvət gözləyir.

 

Həbs edib ruhumu, salıb qəfəsə,

Əqlimi apardın şirin dilinlə.

Sakitcə dayanaq nəfəs-nəfəsə,

Rahatca qəlbimin səsini dinlə.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+7=
Hesaba giriş
Müəllif

Elnur Əliyev
Haqqında
Elnur Rəsuloğlu (Əliyev) 1982-ci ildə Salyan rayonunda zəhmətkeş ailəsində anadan olmuşdur. 1988-ci ildə Salyan rayonundakı Yusif Qasımov adına 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 1999-cu ildə oranı bitirmişdir. Beşillik fasilədən sonra – 2004-cü ildə 484 balla, ödənişsiz əsaslarla Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 2008-ci ildə isə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası alaraq ali təhsilini başa vurmuşdur. Həmin ildən Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 1999-cu ildən dövri mətbuatda müntəzəm çıxış edir. Müxtəlif zaman kəsiyində “Qələbə”, ”Kredo”, ”Gənc müəllim”, ”Aysberq və həyat”, ”Təhsil və zaman”, “Kaspi” qəzetlərində, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Ulduz” jurnallarında, “www.ayb.az”, “www.newsbaku.info”, “www.avrasiya.info”, “www.litparad.org”, “www.qafqazmedia.az”, “www.bizim.info”, “www.poliqon.az”, “www.persona.az”, “www.vehdet.org”, “www.edebiyyat-az.com”, “www.gundelik.info”, “www.azpress.az” saytlarında şeir və məqalələri çap olunmuşdur. Ailəlidir. İki övladı - bir oğlu və bir qızı var.
Əlaqə
Tel.:
+994519473182
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0276 saniye