İtirdiklərimiz
Əli İmranoğlu tərəfindən "Digər yazılar" bolməsinə 16:42 11 aprel 2015 tarixində əlavə olunmuşdur

Bəzən düşünürəm ki, nələri rədd etmişik görəsən istəmədən?
məsələn, marşruta minmək yerinə yeriyərək getsəydik, getmək istədiyimiz yerə, hər şey daha fərqli ola bilərmiydi?
Axşam evə qayıdarkən, tələsik getmək yerinə sallana-sallana yolumuzu uzadaraq getsəydik, bir küçədən xoşbəxtliyimiz səbəbi olacaq insan çıxa bilməzmiydi?
Heç tanımadığımız yerlərə səbəbsizcə gəzməyə getsəydik, "kaşki bir daha görsəydim" dediyimiz insanları görərdikmi?
Çəkindiyimiz üçün nəyisə soruşmayarkən, bizi 180° dəyişdirəcək cavabları ala bilərdik mi?
Bəlkə də cəsarət edib "səni sevirəm" deyə bilmədiyimiz üçün sevdiklərimiz hər zaman başqalarına qismət oldu ola bilməzmi?
Hər zaman eyni yolu getdiyimiz üçün mü, həyatımız bu qədər düm-düz gedir?...
Bilmirik və heç vaxt da bilməyəcəyik, çünki hər zaman qarşımızda 2 seçim vardır, və hər zaman yalnızca birini seçmə şansımız var...
Təəssüf ki, hər günü kopyalanmış həyatımızda hər an sağ pencərədən baxdığımız üçün sol tərəfdən gedənləri görməyəcəyik.başımızı sol tərəfə çevirsək də, sağ tərəfdəkilər itirəcəyik.
Bilirsinizmi, məncə biz bu həyatda hər zaman itirəcəyik...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+24=
Hesaba giriş
Müəllif

Əli İmranoğlu
Haqqında
mən əsərəm,heçkimin bilmədiyi bir dildə yazmış Tanrı məni.heçkim anlamır, amma hərkəs əsərə heyran düşüncəmə uyğun nələrsə yazıram. yazdığlarımı bəyənsıniz, nə xoş mənə..
Əlaqə
Tel.:
+994515891313
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.1164 saniye