Itirdim
Rahid Zahidoğlu tərəfindən "Digər yazılar" bolməsinə 23:56 04 iyun 2014 tarixində əlavə olunmuşdur

İtirdim, həyatım boyunca nəyi daha çox istədimsə itirdim.Gün gəldi insanlığımı itirdim və özüm də tanımadığım bırinə çevrildim.Qırdım,dağıtdım, edilən pisliklərin əvəzin çıxmağa çalışdım ama bütün bunlara baxmayaraq itirdim.yolumu itirdim,sevdiklərimi itirdim.Sonra daha yaxşı olmağa çalışdım.Ən yaxşı dost,ən yaxşı qardaş, sirdaş,yar oldum.Nə qədər yaxşı olmağa çalışsam da itirə-itirə getdim. Uşaqlığımda itirdiyim oyuncaqlarım kimi.Gün gəldi hardansa tapdım.Bəzən küncdə, bəzən bucaqda ,bəzənsə uzaqda ama heç bir faydası yox idi çünki mən onsuz da oları itirmişdim, yanımda olmalarının əhəmiyyəti yox imiş. Axı kimlər nəyin itirmir ki bu həyatda ? kimisi əşyasın, kimisi həyatın , kimisi bəxtini. İtirməyimizin səbəbi əsas da gözümüzün qarşısında olanları, bizə dəyər verənləri deyil də əlimizin çata bilməyəcəyi yerdə olanlara uzanmaqdır. İtirməkdən çox qorxdum mən. Mənə yaxın olanları, dəyər verdiklərimi itirməkdən qorxdum. Bütün bunlara görə idi susqunluğum, sərtliyim, soyuqluğum..Bəzən qəlb qırdım istəyərək, bilərək ama bunu gerçəkdən istədiyimçün etmədim sadəcə həyatın bir gün onlarla da məni sınağa çəkəcəyini düşünüb özümü hazırlamağa çalışdım. İtirmək qorxusunu itirməkdən qorxuram artıq.....


... dəfə oxunub
Qiymət: 8/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+19=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0286 saniye