İzində qalmaz
Luna tərəfindən "Hekayə" bolməsinə 20:35 27 yanvar 2016 tarixində əlavə olunmuşdur

Elə halara düşmüşəm ki bu aralar heç bir kitabda özümü anlatmaq üçün cümlələrə rast gələ bilmirəm.Qarşımdakı insana necə bir vəziyyətdə olmağımıanlata bilmirəm.San ki bir neçə ilan bir-birinə  dolaşıb ,və bir-birini sıxır içimdə.Artıq mahnllarda demir sus mən sənin üçün danışacam hamıya dərtlərini.Fərii bir kinoda çəkilmir ki,baxanda yadımdan çıxasan iki,üç saat.Darmadağın olmuşam kimi.Sözlər dilimi dodağımı kəsəcək ayna kimi.səni görəndə dolacaq qanlı sözlərlə ağzım amma tüpürməyəcəm.Udacam qoy qalsın içimdə.Qışqırsamda səni sevirəm deyə kar ol eşitmə.Gözlərimin içinə baxanda ordakı adama baxıb qorxma.Necə daş kimi adamdır.Hissizdir kimi fikirləşmə.Gözlərimdə ki adam səsən bunu anlayanda kor ol görmə...

Həyat əlaməti olmayan planet kimiyəm.Günəş belə düşmür üzərimə.Qəbir sanlıqda olan neçə il əvvəl basdırılmış gəsədin belə məndən daha çox yaşamaq hissi var içində.Nəfəs alan müqavva haqında eşitmisənmi heç?.Bax mən oyam .Nəfəs alıram amma gözlərim şüşədəndir,ürəyim gildəndir.Yox həyatı pisləmirəm,yada taleyimlə küsməmişəm.Atəş kəs etmişəm və illərin rəfində gözləyirəm.Hərdən gözlərimi yumuram və mən elə gəlir ki, qaranlıqda havada dayanmışam.Bütün xatirələrim şəkillərə dönüb və ətrafımda dövür edirlər.Hər şeyimi sovurub aparan fırtına idin sən həyatımda.İndi yanınada gələ bilmirəm.Səndən sonra çoxlu yağışlar yağıb.Sənin susqunluğun bir silah kimidir və mənim sözlərimdə qəlpə yaraları açıb.Ruhum o,qədər sənin arxanca qaçıb ki,indi mənə çata bilmir.Səni tərk edib gedəndə bəlkələr məni azdırırdı və ona qayıt deyirdi.Bəlkələrlə dost olmuşam artıq eyni evdə yaşıyırıq eyni otaqda qalırıq neçə ildir ki.Bəlkə sevərsən deyə, bəlkə fərqimdə olarsan deyə.Hərdən elə olur ki fikirləşirəm,ümid edirəm ki birləşmişik, qarşımda dayanmısan, çox xoşbəxtəm.Amma sonra keçir.Zaman-zaman hər şey keçib gedirşBir tək sən getmirsən.Unutmaq adlı bir şeydə yox imiş əslində.Sadəcə bizi incidənlərdən belə qisas alırıq.UNutmuruqo insan barədə olan ağrılarımız dayanır.Biz buna unutduq deyirik.Yalan söyləyirik.Uzağa getmək üçün biletə və ya kamadana ehtiyac yoxdur.Xəyal dünyası deyilən bir yer var və hər kəs ordadır.Bu qədər çabalamağıma rəğmən o qədər soyuq olmusan ki ,xəyalımda belə hər şey edə bilərkən səni bir tək səni yanımda təsəvvür edə bilmirəm.Buna nə ad vermək olar? Vaz keçməkmi,uduzmaqmı,qəbullənməkmi? bilmirəm.Bəs sən nə ad verərdin?.Bağışlayadımdan çıxmışdı sən axı suallara cavab vermirdin. Sən xoşbəxtsən və mən sənə görə özümü cəzalandırmışam.İçimdə ki hakim mənə döz deyir.Bu cəza uzun illər sənə hələ çox əzab verəcək.Ömürün baharı necə olur?. Bilirsən?.Mənə danış o,bahardan mən heç baharı görməmişəm.Mənim ömrümdə hər tərəf buzdur. Götür baharla olan xatirələrini mavi qizil güllərin torpaqda bitmədiyini və bir çox şeyləri gəl danış qorxma.O,qədər dayanmadan qar yağır ki həyatıma heç izində qalmaz.

Qara Kapşonlu Qız


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
6+11=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0326 saniye