Karantin qayğıları
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 21:29 06 iyun 2020 tarixində əlavə olunmuşdur

Troya atı kimidir xəyalların da:

ehtişamlı bir hədiyyə ab-havasında

içindən rəngarəng əzablar çıxan...

 

Düşünüb uzaqda olduğunu hey

yolların ağına lənət oxudum,

daha pisi varmı ki, deyirdim bunun.

 

Nə acı inadkarlıq varmış həyatda:

məsafə dediyin uzaqdan ziyadə

bəzən qapalı da olurmuş hətta...

 

Elə kövrəlmişəm ki, bu karantində...

Görəcək günlərimiz varmış bizim də...

Güləcək günlərimiz də olacaq, inan...

 

Səndən sonra özümə tək özüm qazancım,

Təəssüf, bircə o mütləqə çatmır inancım

fərdiyyətdən şəxsiyyətə çevrilməyə...

 

Gəl ki, bir sürü fərdə də can atanlar var:

nə yönə çevirsən, ona üz tutan,

bir də ki, fərdiyyətlər: əllərində köz tutan.

 

Dəyişən bir şeysə yox kütlədə:

ağızlar və çənələr qaldığı yerdən,

heç nə olmamıştək davam yenidən...

 

Bir müddət bizim kimi sürdülər ömrü,

Bəs görən, anladılar, duydularmı heç

içə qapananların çəkdiyi zülmü?!

 

Daha da qapanmağa sövq edir hələ

ağızdan ağıza dolaşıb duran

təzadlı, əcaib nəzəriyyələr...

 

Çiplənəcəkmişik... Sevinimmi görən?!

Kaş səni də yükləyələr o çipin içinə,

barı dəysin bu köləliyin əziyyətinə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0305 saniye