Kaş ki...
Metexan Qaraişıq tərəfindən "Şeir" bolməsinə 22:19 18 yanvar 2014 tarixində əlavə olunmuşdur

Kaş ki bu millətin olardı beyni,

Əyri-üyrü yollara olmazdı meyli

Sizi inandırım birləşsə bu xalq,

Doğru qarşısında susardı nahaq.

 

Soyuq qış günündə yetim uşaqlar

"Kaş ki" deyib Allaha ümid bağlayar

Şaxta baba gəlsənə Bakıya tərəf,

Bəlkə kimsəsizlərin bir istəyi var?

 

Kaş ki kanallarımızda olardı vicdan

İnsanların nəyinə gərəkdir yalan?

Verdikləri xaricdəki işsiz səviyyəsi,

Ya da ki səviyəsiz şou-proqram.

 

Kaş ki müəllimlərə olardı hörmət,

Lügətimizdə hörmətin mənası rüşvət.

İnkişafdan dəm vuran neft ölkəsində,

İnkişaf edəcəkmi haqq-ədalət?

 

Kaş ki anlayardı "lotu qaqaşlar",

Dilənməklə olmazlar cəmiyyətə xeyir.

Məşğuliyyət təsbeh yox,olsa kitablar,

Yəqin dəbdən düşərdi dolya,Üzeyir.

 

Kaş ki qara qəlbimdə olardı sevgi

Təəssüf... Hər şeyə itib inancım.

Həyat tərzimizə lazımdır silgi

Dəhşət yanğına belə,lazım qığılcım.

 

(c) M.İsayev


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Metexan Qaraişıq
Haqqında
" Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı. "

© Joker
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0247 saniye