KEÇƏN ÖMRÜN ƏLİNDƏN TUTDUM
İlkin Abbas tərəfindən "Esse" bolməsinə 10:23 19 mart 2015 tarixində əlavə olunmuşdur

Dəniz kənarı, sahil, sakitlik. Diqqətimi bayaqdan seyr etdiyim dənizin biri-birini qovan ləpləri hey sehirləyir… Gözlərimi çəkə bilmirəm bu məzərədən, ürəyimi oxşayan bir heyranedici bu tablodan. Çox bənzərlik gördüm biri-birini qovan qaçan ləpələrlə, həyatımın illərinin necə aylarımı -günlərimi qovduğu kimi. Baxdım ötən keçən illərimin, aylarımın xəyal qovluğuna, xatirələrimə, düşüncələrimə nələri isə axtardım, nələri isə tapdim nələri isə də sildim. Dərdləşdım içimdəki arzularımla, həsrətimlə, olanlarla , olub keçmişlərlə, xəyallarımla . 
Ötən illərə nəzər saldım. Bir anlıq gülməsədim keçən həyatımın uşaqlıq illərinə , bir az da kədərləndim , heyf uzaqda qaldı deyə o günlər !
Uca dağların başını , zirvəsini ruzigarlar ovub bir kiçicik də olsa qaya parçasını qopan alan kimi mənim də ömürdən yaşanan illərdən neçə ilimi həyat ömrümdən aldı, ömrümdən oğurladı. Demək ki, ömrün rəngarəng fəsillərini yaşamaq taleyimə yazı oldu. Bu yazını oxumaq necə də xoşdur, amma çox ağrılı. Axı, bu yazı ilə birlikdə bu ömür yolunu bərabər keçmişik. Enişi- yoxuşu , çək-çeviri ilə, özüdə dostcasına!... Küsməmişəm bu yazının , bu dünyamın bol dərdindən, ahu-zar etməmişəm, sabah şəfəqlərinin rənginə boyamışam hər zaman könlümü …Ümidimə bağlanmışam, fərəh də bol demişəm. Xoş gəldin demişəm Tanrıdan ömrümə əmanət gələn pənahım olduğum illərimə…
Dəniz kənarı , sahil , sakitlik …Keçən ömrün əllindən tuturam , düşünürəm, bir yaşda belə ömrümün tablosuna çəkildı. Bir yaş da…

MÜƏLLİF : İRADƏ ƏLİLİ 


... dəfə oxunub
Qiymət: 7/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0283 saniye