Kədərli Şeir
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:28 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Neçə ili keçib varlığını itirməyim?
Bilmirəm,
Amma xoşbəxtəm.
Yoxluğunla evlənmişik.
Sən gedəndən
Bir çox şeyi dəyişmişik.
Gecələr bir yatırıq.
Səhərlər də bir dururuq.
Bir içirik,
Bir yeyirik dərdi-səri.
Hətta bir yuyunub,
Bir gəzirik hər şəhəri.
Gecələr
Yarı-yuxulu sevişirik yoxluğunla.
Dünən öyrəndim ata olacam.
Artıq bir ailəm daha var.
Özümə də uyğun
Bir iş tapmışam.
Ucuz şeirlər yazacam.
Çox utanıram.
Yoxluğun əlimdən tutub
Heç vaxt getməyəcəm-,dedi.
Həkim də arxadan səsləndi:
“Qəm topu kimi
Bir kədəriniz daha oldu”
Amma mən hələ də
Varlığını şeirləyirəm.
Xəyanət edirəm yoxluğuna.
Gör nə nankor adamam!
Üstəlik
Neçə kədərli atayam!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+34=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0291 saniye