Kənan və Susqun
Susqun tərəfindən "Hekayə" bolməsinə 15:42 10 aprel 2014 tarixində əlavə olunmuşdur

Bir neçə gün əvvəl oxuğum kitablardan birindən belə bir yazı oxudum. "Hakimləri hakimiyyət, pulgirləri pul, nəşəxorları isə həmişə əldə etmək istədiyi nəşə məhv edir." İstər-istəməz belə bir şey düşündüm, "Məgər bizim ən çox istədiyimiz şeylərdir elə bizi məhv edən?", "Ya elə insanın həyati məqsədinə çatması onun sonu deməkdir?" . . .

Bu tip fikirlərlə universitetdən çıxanda dənizə tərəf getdim. Hava elədə əla deyildi. Şüuraltım qaranlıq fikirlərdən çökmüşdü. Aydınlıq, çarə və buna oxşar şeylərlə qaranlığ işıqlandırmalıydım. Əsas sual isə "Kənan Əhmədli" və "Kənan Susqun" personajlarının məndə canlanması idi.

Kənan Əhmədli yaxşı bir insandır. Sabahlara inanır, gündüzləri sevir. gecə həyatına bağlı deyil. Dinə inanır, müsəlmandır. İnsanları sevir, deyir, gülür, əyləncəni sevir. İnsanlar da onu. Cəmiyyət onu, o da cəmiyyəti qəbul edir. Kitablarla arası əladır. Kompüter sahəsində peşəkar olmasa da pis də deyil. Musiqidən həzz alır. Gitara və piano bacardığı sahələrdəndir. Futbola həm hobbi kimi, həm də azarkeş kimi maraqlıdır. Həyati məqsədi normal bir insan olmaqdır. Bəlkə bir diplomat, bəlkə musiqiçi, bəlkə də yazıçı kimi. Cəmiyyət arasında nüfuza sahib olan bir personaj...

Kənan Susqun yaxşı olsada cəmiyyəti sevmir. Necə ki cəmiyyət də ona nifrət edir. Gecə həyatı onun üçündür. Gecələr olan susqunluq, qaranlıq onun tərzidir. Elmi əsaslara, fəlsəfə və insanları böldüyünə görə dini qəbul etmir. Futbol azarkeşi deyil, çünki eyni şəhərin azarkeşləri adi bir oyun üstündə məhv edir bi-birini. Diplomat olmaq fikri yoxdur. Siyasətə nifrət edir. Musiqini sevir, lakin həzin və lirika olmalıdır. Təxəllüsə sadiq qalan tipli musiqilər. Musiqiçi olmaq istəməz, çünki musiqi onun susqunluğuna ziddir. İntihar etmək fikri olmasa da çoxdan ölmüş biridir...

Bu iki Kənanı müqayisə etdikdən sonra bir bədən də iki əks ruha sahib olduğumu gördüm. İki ruha sahib olmaq nə qədər əla bir şey olsa da insanı daha tez məhv edir. Bir ruhu səhər, digəri axşam "aktiv olsa da" bədən günün çox hissəsini yuxusuz qalır. Zamanla cəmiyyəti sevib, nifrət etməsi insanlarla münasibətini məhv edir. Dinə səhərlər inanıb axşamlar inanmaması ya səhərlər onu axşamlar üçün peşmanlığa vəd edir ya da axşamlar səhərki peşmanlığın vaxt itksii olmağına. Nə qədər danışsa da, bir o qədər susan biri. Siyasi bir fakültədə oxusa da siyasətdən nifrət edən biri.

Hər şey bir qırağa, əks məqsədlərə sahib olan biriyəm. Əgər mən öz məqsədimə çatsam məqsədinə çatan ruhmu məhv olacaq məndə? Yoxsa məqsədindən uzaq düşən ruh? Ya iki ruhda intihar edər məndə?

Düşünə-düşünə dəniz sahilində yuxuya qalmışdım. . . !


... dəfə oxunub
Qiymət: 8/10(19 səs)
[qiymət ver ]
Şərh yaz
2+16=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0313 saniye