Kiçik bir gülümsəmə
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 21:32 26 mart 2016 tarixində əlavə olunmuşdur

" Gülmək üçün xoşbəxt olmɑğı gözləməyin, bəlkə gülmədən ölərsiniz "
- Victor Hugo

Kiçik, sarışın, mavi gözlü və ağzının kənarında şokolad izi olan bir qızın, həyata nifrət eliyən qara pencəkli, qara papaqlı, üzündə qırış və gözlərində qəzəb olan orta yaşlı kişiyə qarşı gülümsəməsi ilə başladı hərşey. Artıq o əvvəlki insan deyildi. Sanki saniyələr içərisində günəş yenidən doğmuş, bülbüllər oxumağa başlamış, güllər yenidən açılmış və təbiət oyanmağa başlamışdı. Üzündəki ciddilik ifadəsi yox olmuşdu. Hələ də üzünə gülümsəməkdə davam eliyən qızın dəniz mavisi rəngində gözlərinin içərisinə son dəfə baxıb gülümsəyərək qarşılıq verdikdən sonra çox sakit ayağa qalxaraq getməyə başladı. Özü də başa düşmürdü nələrin baş verdiyindən. Hərkəsdən, hərşeydən, yaşamaqdan belə sıxılan bir insanın saniyələr içərisində dəyişilməsi nə dərəcədə düzgün olardı ? Üzündə silinməyən bir gülümsəmə yaranmışdı. Yanından keçən hər qadına papağını çıxardaraq salam verməyə həmçinin tanımadığı kişilərin belə əllərini sıxaraq görüşməyə başlamışdı.  Artıq heçbir şey onun kefini poza bilməzdi. Çoxda tanınmayan restoranlardan birinə girib 17 dollarlıq yemək yedikdən sonra qara saçlı, qəhvəyi gözlü, qırmızı rəngli paltar geyinmiş, günün 16 saatını işləyərək pul qazanmağa çalışan, sifətində çox ağır bir kədər olan ofisiant xanıma 50 dollar verib üzünə gülümsəyərək üstü qalsın dedi. Bir anda bütün kədəri yox olan qadının sanki üzündə çiçəklər açdı desək yanılmarıq. Həmin adama təşəkkür etdikdən bir neçə saat sonra restoranın qapısını bağlayıb evinə getməyə başladı. Çox sevincliydi. Çünki, 2 həftədir mağazaya olan borcunu axır ki, ödəyə biləcəkdi. Restorandan qazandığı pul ilə heçbir şey eliyə bilmirdi. Evə doğru gedərkən hərgün yolda gördüyü ancaq yardım eliyə bilmədiyi kasıb, yaşlı kişiyə 3 dollar verdikdən sonra yolu keçib getməyə davam etdi. İllər sonra ilk dəfə idi ki gözlərindən yaş gəlirdi yaşlı adamın. Çünki, nəvəsinə, onun həmişə xəyal etdiyi ancaq kasıb olduqları üçün ala bilmədiyi şokoladı ala biləcəkdi. Şokolad və axşam yeməyi üçün bir az ərzaq aldıqdan sonra evə doğru yola düşdü. Ev desək doğru olmaz. Qapı yerinə pərdə, pəncərə yerinə isə taxta vurulmuş bir ev idi. Qış vaxtları çox soyuq olurdu. Amma aprel ayının ortalarında olduqları üçün bu, elə də problem yaratmırdı. Evə doğru gedərkən günü çox gözəl keçdiyi üçün əlindəki şokoladın bir parçasını qıraraq bahalı geyinmiş, ailəsi ilə birlikdə parka gedən kiçik bir oğlana verdi. Ailəsi ilk öncə almaq istəməsələr də kasıb insanın israrını görüb almağa məcbur oldular. Uşaq sevindiyindən bilmədi nə etsin. Həm parka gedəcəkdi həm də reklamlarda gördüyü şokoladı yeyəcəkdi. Yeyəcəkdi əgər anası ilə atası icazə versəydilər. Parka gedib bir müddət oynadı. Sonra anası oğlunu yanına çağıraraq əlindəki şokoladı, tək başına oturub bülbüllərə baxıb gülümsəyərək mahnı oxuyan kiçik, sarışın, mavi gözlü qıza aparmasını tələb etdi. Çünki zəngin olduqları üçün yüzlərlə həmin şokoladdan ala bilərdilər amma, bəlkə də tək başına oturan qız ala bilməyəcəkdi. İlk öncə kefi pozulsa da sonra utana-utana qızın yanına gedərək şokoladı ona verib anasının yanına qaçmağa başladı. Kiçik qız çox sevindiyindən bilmədi nə etsin. Qaçmaqda davam eliyən oğlanın arxasınca təşəkkür etdikdən sonra ehtiyyatla şokoladın kağızını açaraq yeməyə başladı. Bitirdikdən sonra bir neçə saatdır ağaclara, quşlara, gəlib-gedən insanlara qəzəblə baxan qara pencəkli, qara papaqlı orta yaşlı kişinin qarşısındakı stulda oturub gözlərinin içərisinə baxaraq gülümsəməyə başladı.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+15=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.075 saniye