Kişi Dediyin...
AğaPaşa tərəfindən "Esse" bolməsinə 13:55 03 avqust 2019 tarixində əlavə olunmuşdur

Bəli. Bu sözü hər dəfə sizin edə bilmədiklərinizi və etməyə utandığınız, özünüzə, vicdanınıza sığışdırmadığınız hərəkətləri edən bir adamın qurduğu cümlələrin əvvəlində eşitməyiniz qaçınılmaz bir haldır.Əgər siz sevdiyiniz, nişanlandığınız qiza və ya həyat yoldaşınıza qarşı çox sədaqətlisinizsə ətrafınızda sadəcə ,,lom,, olaraq qəbul edilirsiz.Kişi dediyin lazımı gələndə gəzər də, içər də, çəkər də.Həmin insanlar könül rahatlığı ilə yoldaşlarına xəyanət etdikləri halda, sizin bunu etmədiyinizi görüb sizi qorxaq, qızbibi adlandırmağa başlayacaqlar.Nəbadə evdə xanımıza kiçik bir işdə kömək etdiyiniz onların qulağına çata bax onda əsl həngamə başlayır, onda da olursan evin xanımı.Kişi dediyin ancaq işləməlidir evə pul gətirməlidir.Evdə qəti şəkildə xanımın gördüyü işləri görməməlidir.Kişi dediyin qadını bu gün işdə nələr elədiyini, hara getdiyini soruşanda hesab verməməlidir.Kişi dediyinin evdə sözü keçməlidir.Qadının fikirləri hər zaman ikinci planda qalmalıdır.Kişi dediyin qadının nəyi geyinib, geyinməyəcəyini özü qərar verməlidir.Bu düşüncələr artıq cəmiyyətdə əksər insanların şüuruna şablon olaraq yer alıb alıb və əfsuslar olsun ki genlərdə dolaşaraq cəmiyyətdə faydasız bir insan modelini formalaşdırır..Ən qəribəsi də budur ki, bu sözü əksər zamanlarda oğullarının səhv hərəkətlərinə haqq qazandırmaq üçün analar gəlinləri üçün nümunələr gətirir.Nə qədər ki qadın cəmiyyətdə cinsi obyekt və ya sadəcə bioloji ana kimi görüləcəksə nə boşanmaların sayı azalacaq, nə də ,, yataq sevgiləri,, yerini əsl, saf sevgi ilə əvəzləyəcək. Hər kəs bir cürə düşünür , amma məncə kişi dediyin gender baxımından daha çox insanlığı, vicdanı ilə seçilməlidir.Bax onda bu sözü cümlələrinin əvvəlinə yaraşdıra bilərsən.

   

... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+11=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0259 saniye