Kitab oxumaq haqqında sitatlar
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 17:27 09 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Ötən həftə Facebookda #bookchallange trendi ilə yadda qaldı. Facebookçular oxuduqları ən maraqlı 10 kitabın adını yazır və dostlarını da bu kampaniyaya qoşulmağa dəvət edir.

Mövzunun gündəmdə olduğunu nəzərə alaraq Kulis.az kitab oxumaq haqda ən maraqlı sitatları təqdim edir.

1. Yaxşı yazan müəllifləri oxuduqca, yaxşı danışmağı öyrənirsən.

2. Mədəniyyət – oxuduğun kitabların sayı deyil, anladığın kitabların sayıdır.

3. Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər.

4. Kitab həmişə filmdən daha yaxşıdır, çünki təxəyyüldə xüsusi effektlərə məhdudiyyət yoxdur.

5. Nə qədər çox oxuyursan, o qədər az yamsılayırsan.

6. İnsanlar iki kateqoriyaya bölünürlər: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar.

7. Necə ki, qəpikləri bir yerə yığanda manatlar əmələ gəlir, oxuduğun xırda şeylərdən bilik yaranır.

8. Beyin üçün oxumaq  - bədən üçün idman etmək kimidir.

9.  Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır. (Cim Ron)

10. Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. (Rey Bredberi)

11. Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır.

12. Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir. (Frensis Bekon)

13. Unutmayın: siz özünüzü nə hesab etdiyinizi oxuduqlarınız müəyyən edir.

14. Kitablara etibar et, onlar ən yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər.

15. Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib. (Ernest Heminquey)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye