Kız Kulesi
Aykan Hüseynli tərəfindən "Digər yazılar" bolməsinə 19:33 19 fevral 2014 tarixində əlavə olunmuşdur

        Istanbulun simvolu kimi tanıdığımız “Kız Kulesi” çox qədim bir tarixə malikdir. Bu qala Bizans imperatorluğu dövründən qalan  şahəsərdir. Qala M.Ə 24-cü ildə inşa edilmiş, müxtəlif dövrlərdə “Arkla” (Kiçik qala) və “Damialis” (Dana balası) adları ilə tanınmışdır. Bu adlardan əlavə buraya “Tour de Leandros” (Leandros qalası) adı da verilmişdir. Istanbul Osmanlılar tərəfindən alındıqdan sonra qala “Kız Kulesi” adı ilə məşhurlaşmışdır və günümüzdə də elə bu adla tanınır.

        Qala zaman-zaman müxtəlif məqsədlər üçün istifadə olunmuşdur. Ilk vaxtlarda gömrük postu kimi fəaliyyət göstərmişdir. Qədim dövrdə burada boğazdan keçən gəmilərdən vergi alınırdı. Həmin vaxtı “Leandros qalası”na ölkəyə daxil olmaq istəyən gəmilərin limana icazəsiz daxil olmaması üçün bir ucu qalaya dayanan ağır zəncirlər vurulmuş, sonralar qala divarları bu zəncirlərin ağırlığına tab gətirə bilməyərək uçub dağılmışdır. Bundan sonra qala Osmanlı sultanı II Mehmet tərəfindən yenidən bərpa edilmiş, Sultan II Mahmudun hakimiyyəti illərində isə qala indi gördüyümüz vəziyyətdə təmir olumuşdur. Osmanlılar dövründə “Kız Kulesi” mayak kimi istifadə olunmuşdur. 2000-ci ildən etibarən isə qalada möhtəşəm bir restoran fəaliyyət göstərir.

 

        Osmanlıların bu qalaya “Kız Kulesi” adı vermələri qala haqqında hələ Bizans dövründən yayılan əfsanələrdən irəli gəlir. Əfsanələrdən birinə görə Leandros və Hero adlı iki gənc olur. Hero qalada yaşayan rahibələrdən biri idi. Bir gün Hero və Leandros bir məclisdə qarşılaşır və bir-birlərini sevməyə başlayırlar. Amma Heroya sevgi qadağan olduğundan oğlan hər gecə boğazdan üzərək gizlincə qalaya girir və aşiqlər orada görüşürlər. Bir dəfə Leandros qalaya gələrkən dənizdə bərk fırtına qopur və o, suda boğularaq ölür. Sevgilisinin öldüyünü bilən Hero özünü qalanın başından dənizə atır və o da Leandros kimi boğazın sularına qərq olur...


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
1+38=
Hesaba giriş
Müəllif

Aykan Hüseynli
Haqqında
Bakı Slavyan Universitetinin ingilis dili müəlliməliyi ixtisasını bitirmişəm. Yazı yazmağa həvəsim çoxdu. Amma biraz tənbəl olmağım bu işi reallaşdırmağıma mane olur. Əsasən hansısa əsəri tərcümə etməyi, qeyri-adi yerlər haqqında yazı yazmağı xoşlayıram..
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0256 saniye