Sən gedəli dolaşıram yenə
adı bilinməyən küçələrdə...
Hasarlarına kölgən düşür,
asfaltında ayaq izlərin var
dar döngələrdə...
Günəş də eyni cür doğur
Yağış da həminki kimi yağır,
arabir, göy də eyni səslə guruldayır...
Rüzgar yenə həzin-həzin titrədir bədənimi
təbiətin övladlarından fəqrli sevdiyim - Külək!
qoxunu gətirir arada burnuma...
Binalar arasında sıxışıb qalmış boş mənzilin
uğrayıram hərdən,
hər köşəsində köhnəlik olan otağına
köhnə masanın üstündəki cırılmış vərəqlər
rəngi getmiş divarındakı köhnə rəsimlər
sənin keçmişinə qaytarır məni...
Evdən çıxmadan son yandırdığın siqaretin kökü
qalır hələ də,
köhnə saralmış külqabında.
Dağınıq yatağın və baş ucundakı bir stəkan su
səni andırır saralmış şəffaflığında...
Eyvanında yuva qurmuş sülh quşları
hər il bala çıxarır yumartalarından
qanad çalıb uçmağı ilk bu evdə öyənir
uçuq eyvanın qaralmış dəmir barmaqlıqlarından...
Hər həftə baş çəkirəm beləcə,
Səni məndə yaşadan xatirələrinə...
Aysel Abdullazadə...