KÖKÜNDƏN QURUMUŞ AĞAC KİMİYƏM
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 22:26 25 dekabr 2014 tarixində əlavə olunmuşdur

KÖKÜNDƏN QURUMUŞ AĞAC KİMİYƏM.

Müəllif - İlkin Abbas

Bilmirəm insanam, bilmirəm nəyəm, 
Həyatın hər dərdi, qubarı mənim.
Kökündən qurumuş ağac kimiyəm,
Kökümə çəkiblər mişarı mənim.

Bu qara taleyi Yaradan yazıb,
Demirəm dərdliyəm, demirəm şənəm.
Xoşbəxtlər onsuz da xoşbəxt yaşayır,
Bütün bədbəxtlərin ünvanı mənəm.

Alovdan ayrılmış od parçası tək,
Düşmüşəm dünyaya alışam, yanam
Uşaqkən havaya atanda məni,
Deyəsən tutmağı unudub anam.

Artıq həyat keçib...Ölüm yaxındır,
Qalmayıb ömrümün dadı, duzu da.
Baxıram həyatın "səmasına" mən,
Sönübdür, parlamır bəxt ulduzu da...

İlkin Abbas


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+33=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0324 saniye