Könlümü
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 15:11 09 aprel 2022 tarixində əlavə olunmuşdur

Səndən sonra susmadı heç, hey sızladı gizlicə
Sığal çəkdim, əzizlədim boynubükük könlümü

Gəl ki məndən dönər oldu, dedi, yanaq bu odda
Bildim, sənə yar etmişəm üzüdönük könlümü

Bundan hali deyil ikən, əyan oldu onda kim,
Səsin düşüncəmi oxşar, siyah hörük könlümü

Həsrət hələ tazə imiş, sonra köçlər başladı
Sevinclər də tərk eylədi bölük-bölük könlümü

Yarı vardın, yarı yoxdun, gərçi bu, yaşamaqsa,
Xatirəndən məzar qazdım, ora gömdük könlümü

Ocaq oldum gözləməkdən hərdənbir ziyarət et
Gövdəsindən baltalanmış, qalmış kötük könlümü

Zənn edirdin, Lazım səni bəlkə çoxdan unutmuş
Keçdim vəfa sınağından, dəxi gördük könlümü


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+24=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye