Kvant təsəllisi
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 07:43 21 yanvar 2020 tarixində əlavə olunmuşdur

Səndən sonra ilk dən də düşdü bax saçlarıma,

Daha təkcə içdən yaşlı deyiləm

Böyük bir sükutun astanasında

Həsrətimin də bitdiyi bir yerdəyəm...

 

Düşüncələrim də daha uzağa getməz,

Bundan belə yaşayıram bəxtimə nə yazılıb

Beynimin sol küncündə

bir ülgüc gizləmişəm,

Sağ küncündəsə sənin şəkillərin asılıb

 

Mən sənə bağlı deyiləm tək hiss dalğalarıyla,

Məni də çaşdırmışdı bunun açıqlaması

Səndə mənə aid olan duyğu hissəcikləri var,

Bu səbəbdəndir ruhumun sənə doğru sıçraması

 

Hər kəsin bir azarı var ruha qənim kəsilən;

Bəzilərinin sadə məişət dolanışığı,

Mənim dərdim-sərim də

Bu kvant dolaşığı...

Bəzən xatırlayıram:

Necə də yatqın idi

Sənin hisslərin sadə fizika qaydalarına,

Mənimsə duyğularım

Kvant mexanikasına...

 

Fizikaya iman gətirirəm səni yaxında duyunca

Fotonlara and olsun,

Sənə toxunmağım da

Hər şeydən daha real, hətta an məsələsi

Yalnız onu bilirəm ki, bütün həyatım boyunca

Bircə təsəlli sevmişəm,

O da kvant təsəllisi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+6=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0173 saniye