Lisa Alvarez`in qəribə hekayəsi (Bölüm 10)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 14:26 28 noyabr 2015 tarixində əlavə olunmuşdur

“Sən kimsən ?” dedi Caelius. Diqqətlə qıza tərəf yeridi, əli oxunda idi. Yaxınlaşdıqca gördüyü qızın kiçik bir qız uşağı olduğunu başa düşdü. Sarı saçları çiyinlərində bitirdi, mavi rəngli gözləri ilə oğlana diqqətlə baxırdı.

“Kömək et” dedi qız sakit səslə. Çox sakit deməsinə baxmayaraq səssiz meşədə Caelius onun səsini rahat eşitmişdi. Təxminən on yaşı olardı, hansı irqdən olduğunu bilmədi. Qızdan gələ biləcək hər hansı bir zərərə qarşı diqqətlə ona tərəf yeridi. Qızı öskürmək tutdu, nəfəs ala bilmirdi. Caelius əlindəki oxu yerə ataraq qıza tərəf qaçdı.

“ Nə olub sənə ? Yaxşısan ?” qıza çatmasına az qalırdı ki, qız yerə yıxıldı. Caelius qızın başını əllərinin arasına alaraq. “ Mənə bax, gözlərini aç. Gözlərini bağlama !” deyib qızı qucağına alaraq qaçmağa başladı. Evə on dəqiqəyə çatardı amma qızın o qədər vaxtı olacağını bilmirdi.

“Çox sağol” dediyini eşitdi qızın. Caelius gözlərini qıza çevirdi. Elə bil ki, dənizin sərin havasını hiss etdi, ucsuz – bucaqsız okean gözünün qabağına gəldi. Bu kiçik qız Vallis`lərin su irqinə mənsub idi. Vallis`lər 4 irqin birləşimi idi. Hava, od, su, torpaq. Bu kiçik qız da su irqinə aid idi. Bəs qızın burada nə işi var ?

Marius əvvəllər çox yaxşı idi, hər irq öz bölgəsində yaşayırdı. Bu da Olneira`nın adı ilə bağlı idi. Amma Olneira 19 ildir yox idi buna görə də Marius çox bərbad gündə idi. Caelius`un irqinin isti yerdə yaşamasına baxmayaraq iki həftə əvvəl “Soyuq”lardan bir ailə gəlmişdi bura.
Marius`un bir bölgəsi var idi, Olneira`nın olduğu bölgə. Buranın adı Evakvis idi. Hər irq ora özlərini təmsil etməsi üçün bir nümayəndə göndərirdi. Marius mədəniyyət şəhəri idi. Bəziləri bura gəzmək üçün bəziləri isə ticarət üçün gəlirdi.
Bölgələr arasında gəzmək üçün icazə almaq lazım idi. Evakvis şəhərinə hərkəs gələ bilərdi amma bir bölgədən başqa bir bölgəyə getmək üçün Olneira`dan xüsusi icazə almaq lazım idi. İcazə aldıqdan sonra hər bölgənin öz quyusu var idi. Quyuya getmək istədiyin yeri dedikdən sonra Olneira`nın verdiyi icazə kağızını göstərdikdən sonra quyu səni içinə çəkir və getmək istədiyin yerə aparırdı. Quyuların içi böyük idi.

“Nervia ! Stolda nə varsa yerə qoy” Caelius evə çatmışdı. Nervia qızı gördükdən sonra bütün işini yarımçıq qoyub stolun üstündəkiləri yerə qoydu. Caelius qızı stolun üstünə qoyaraq öskürməyə başladı. Çox çətinliklə nəfəs alırdı. Aralarında sadəcə Severus tibb`dən anlayırdı. Tez Caelius`un yanına gələrək dedi.

“Nə olub ? Bu qız kimdi ? Sən niyə nəfəssiz qalmısan ? Bu qızı haradan tapmısan ?” soruşdu, otağın küncündən tibb çantasını alaraq.

“Meşədə gördüm. Tək idi. Sonra yerə yıxıldı. Kömək eliyə bilərsən ?” Caelius`un sifətində əsəb və həyəcan hissi var idi. Severus qızın qəlbini dinləməyə başladı. Hamının diqqəti qızda və Severus`da idi. Caelius`a dönərək.

“Su du bu qız ?”

“Bəlkə də. Sən qızın hansı irqdən olduğuna fikir vermə, sadəcə işini gör” dedi Caelius.

Bir müddət sonra sakitlik oldu. Sadəcə qızın öskürməsi və Severus`un öz özünə sakitcə dediyi sözlər eşidilirdi. Qız hələ yaşayırdı amma bu belə davam etsəydi qızın ömrü çox olmayacaqdı.

“O qədərdə pis deyildi vəziyyəti. Niyə belə oldu bilmirəm” dedikdən sonra bir şey hiss etdi. Qızın əli getdikcə göyərir və daşlaşırdı. Severus hər şeyi başa düşdü. Sonra qızın ayaqlarına toxundu. Ayaqlarıda əlləri kimi bərk idi.

“Fregon otu. Qız fregon otu yeyib. Fregon otunun daşlaşdırma kimi mənfi cəhəti var. Çox güman ki yeməyə heç nə tapa bilməyib və bu otu yeyib. Yazıq. Bu dəqiqə ciyərləri daşlaşır və buna görə öskürür.”

“Yazıq deyəcəyinə müalicə elə !” Severus çantasını götürdü.

“Müalicəsi var amma işə yaramayacaq artıq gecdi”

“Səndən vaxtın gec ya da tez olduğunu soruşan olmadı. Müalicəni elə.” Caelius daha da əsəbləşmişdi.

Severus ümidsizcə çantasından yaşıl su olan dərmanı götürərək “ Bunu içirtsək də heçbir faydası olmayacaq.” dedi. Caelius Severus`u itələyərək yerə saldı. Əlindəki dərmanı götürüb qıza içirtdi. Sonra qızı qucağına alıb meşəyə doğru qaçmağa başladı.
Qızı tapdığı yerə getdi və bir ağacın altında oturdu. Qızın başını sinəsinə qoydu amma o hələ də yavaş – yavaş nəfəs alırdı.

“ Kaş səni daha əvvəl tapsaydım. Bunların heç biri yaşanmayacaqdı” deyə əsəbləşdi öz - özünə. Öləcəyini bildiyi halda yaşamasını istəyirdi. Qız hər nəfəs aldıqca Caelius onu daha da möhkəm qucaqlayırdı. Qız Caelius`un gözlərinin içinə baxaraq dərindən nəfəs aldı. Bu onun son nəfəsi idi. Qaranlıqda alov kimi parıldayan mavi gözləri artıq sönməyə başlamışdı. Və sonra qız öldü.

“Bağışla məni” dedi Caelius. Gözlərindəki yaşı cəld sildi. Ağlaya bilməzdi. O atasının öldüyü gündən bəri ağlamırdı. O ölümün son olduğuna inanmırdı. Və bunun intiqamını alacağına söz verdi.

“Gözlə məni Olneira” dedi Caelius.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+34=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0397 saniye