Lisa Alvarez`in qəribə hekayəsi (Bölüm 6)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 15:38 31 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bölüm 6

Hər keçən dəqiqə ona bir saat kimi gəlirdi. Hər tərəfə baxırdı amma Olneira yox idi. Əslində bir saniyə belə görsəydi Lisa sevinəcəkdi. Evi və həyəti nə qədər axtarsa da tapa bilmədi. Çarpayısının yanındakı kiçik qara kitabda olan təqvimə baxdı, Olneira`nı axırıncı dəfə on gün əvvəl görmüşdü. Həmişəki kimi “Olneira gəl artıq sənə ehtiyyacım var, sənə nə qədər ehtiyyacım olduğunu məndən yaxşı bilirsən ” deyərək başını yastığına qoyub ağlamağa başladı. Qapının yanındakı stolun üstündə olan mavi rəngdə olan dərmanlarından götürüb içmək istəyirdi amma içindən bir hiss onu dərmanlardan uzaqlaşdırırdı. Gecənin sərin havası onun gözlərindəki yaşları qurutmuşdu. “Bu gecə hava çox sərindi.” deyib yatmağa başladı.

“Lisa sakit ol və mənə diqqətlə qulaq as.” Bu səs qıza çox tanış gəlirdi. Biraz fikirləşdikdən sonra bu səsin Olneira`nın səsi olduğunu anladı. Onunla yuxusunda danışırdı yoxsa yanına gəlmişdi deyə soruşan zaman Olneira onun danışmağına icazə vermədi. “Sən indi yuxudasan. Səninlə ancaq belə əlaqədə ola bilərəm. Lisa səndən bir şey istəyəcəyəm. Daha doğrusu bunu etməlisən.” Marius`da gördüyü qadına baxırdı. Eyni saç və eyni gözlər. Qadın Lisa`ya baxaraq danışmağına davam etdi.

“Lisa, özünü öldürməlisən. Bilirəm bu son dərəcə çətin işdi. Özünü öldürdüyün zaman hərşeyi sənə deyəcəyəm. Xahiş eliyirəm bunu etməlisən, sənin başqa yolun yoxdu, dünyanın sənə çox ehtiyyacı var. Lisa sənə inanıram” deyib ortalıqdan yox oldu.

Lisa cəld oyanıb çarpayısının yanındakı sudan içib biraz da üzünə vurduqdan sonra hər şeyi anlamağa çalışdı. “Necə yəni özümü öldürməliyəm ?!” ağlında sadəcə “özünü öldürməlisən” hissəsi qalmışdı. Sakitcə ayağa qalxdı. Gün çıxmaq üzərə idi. Üstündəki paltarları çıxardıb özünü duşa atdı. Duşun altında biraz rahatlandıqdan sonra çıxıb qurulandı. Biraz keçdikdən sonra tez saçını qurudub ən sevdiyi qara paltarını çıxartdı. Sonra öləcəyini fikirləşib ölümün rəngi olan ağ paltarını geyindi. Qız milləti… Öləndə belə paltar seçməyə çalışırlar.

Tez paltarlarını geyindikdən sonra güzgüyə baxdı. Gözlərinin içi gülürdü. Ölümə hazır olduğunu anladı. Xoşbəxt idi. İndiyə qədər heç vaxt özünü belə yaxşı hiss etməmişdi. İstər – istəməz əlləri titrəməyə başlamışdı. Küləyin sərin havasını saçlarında hiss etmişdi. Gözlərini qapadaraq fikirləşməyə başladı.
“Özümü öldürüm yoxsa bir stəkan kofe içim ?” kofe içməyi sevirdi amma sonra işin ciddiliyini anlayıb necə öləcəyi haqqında fikirləşməyə başladı.

İlk öncə klassik olmuş intihar növü ağlına gəldi. Özünü asmaq istədi amma intihar ipinin necə hazırlandığını bilmirdi. Pəncərədən özünü yerə atmaq ? pis fikir deyildi. Əgər özünü atsaydı ya öləcəkdi ya da çox ciddi xəsarət alacaqdı ona görə də bu fikrindən də əl çəkdi. Lisa əgər öləcəksə təyyarə qəzasında ölmək istəyərdi. Bu onun istədiyi arzularından biri idi. Amma bu saatda ? Təyyarə ? qeyri – mümkün idi. Heçbir şey tapa bilmirdi.

Birdən ağlına fikir gəldi. Özünü bıçaqlayacaqdı. Ən yaxşı seçimin bu olduğunu fikirləşdi və çox sakitcə evin taxta pilləkənlərindən düşərək mətbəxə getdi. Ən iti bıçağı seçib otağa geri qayıtdı. Güzgünün qarşısına keçərək fikirləşməyə başladı. Çox qəribədi. Lisa həmişə səksən yaşında öləcəyini fikirləşirdi və əgər öləcəkdisə təyyarə qəzasında ölməyi seçərdi.

Son bir dəfə otağa baxdı hansı ki bu otaqda on dörd il tək başına yaşamışdı. Son bir dəfə yaşadığı şəhərin gözəl havasını içinə çəkdi. Və son bir dəfə günəşin doğuşunu seyr elədi. Günəşin isti şüaları onun qəhvəyi gözlərini mavi rəngə çevirmişdi.

Həyəcanla gedib çarpayısına uzanaraq radionu açdı. Radio`da bəyəndiyi mahnılardan biri olan “Eagles – Hotel California” mahnısını eşitdiyi zaman daha da sevindi. Hər zaman yanında gəzdirdiyi cib dəsmalını çıxardıb ağzına qoydu. Çünki, istəmirdi hər hansı biri onun səsini eşitsin. Saatın tik tak səsini eşitməyə başladı. Ətraf çox sakit idi hətta səssizliyin belə səsini eşitmək mümkün idi. Günəş şüaları altında ölüm. Çox gözəl bir ölüm olacaqdı. Və birdən içinə bir hiss girdi. Bu ölüm qorxusu idi yoxsa həyəcan ? Fikir vermədi, girdiyi bu yoldan geri dönməyəcəkdi.

Ölüm üçün hazır idi. Bıçağı əlinə aldı və düz qarnının üzərinə tutdu.

Bunu etməliydi, edəcəkdi. Başqa yolu yox idi.

Nəfəsini tutdu.

Bıçaq əvvəlcə üzərindəki paltarı kəsdi. Canı çox acımışdı. Nə qədər çığırmaq istəsədə bacara bilmədi. Ağzındakı dəsmalı necə sıxmışdısa dişləri bir – birinə dəyirdi. Artıq ağzına qan dadı gəlməyə başlamışdı. Sulanmış gözlərini mavi səmaya çevirmişdi. Xoşbəxt idi. Çünki birazdan artıq o da göydə uçan quşlar kimi azad olacaqdı. Bıçağı çətinliklə çıxartdı. Qarnından başlayan istilik onun bütün sinəsinə yayıldı.
Dərin bir nəfəs alaraq. Bir zərbə daha, bu dəfə düz sinəsinin üzərinə. Bu dəfə canı daha da acımışdı.
Amma yenə də xoşbəxt idi. Bıçağı asanlıqla çıxartdı. Sonuncu dəfə bıçağı biləyinin üzərinə gətirdi. Ətrafında heçkim olmadığı üçün daha rahat idi. Dörd il əvvəl biləyini kəsmək istəyərkən Olneira`nın bıçağın qarşısına necə keçməsini xatırladı. Bütün gücü ilə çığıraraq bıçağı biləyinin üzərinə sıxdı.

Bir müddət qanın yerə düşən səsini eşitdi.
Və budur. Bitmişdi. Hərşey geridə qalmışdı.

Hərtərəf qaralmağa başladı. Saatın tik tak səsləri ilə birlikdə gözlərini qapatmağa başladı. Lisa gözlərini son dəfə açdı saat 07:00 idi. Və gözlərini son dəfə qapataraq bir səs eşitdi.

“Ölüm son deyil Lisa”


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+20=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0331 saniye