Lisa Alvarez`in qəribə hekayəsi (Bölüm 8)
Fuad Abishov tərəfindən "Hekayə" bolməsinə 14:38 14 noyabr 2015 tarixində əlavə olunmuşdur

Məktub çox gözəl xətt ilə yazılmışdı. Sanki hər hərfin özünəməxsus xarasteristik görünüşü var idi. Universtet günlərini xatırladı. Dostları içərisində ən gözəl xətt onun xətti idi. Bir neçə dəqiqə həmin günləri xatırladıqdan sonra məktubu oxumağa başladı.
“Salam Lisa. Bilmirəm yazmağa haradan başlayacağımı. İlk öncə bu məktubu oxuyursansa deməli dediyimi yerinə yetirmisən. Məni və Marius`u fikirləşib dediyimi yerinə yetirdiyin üçün nə qədər təşəkkür eləsəm azdır. Burada yazdıqlarımı diqqətlə oxu.
Nora 2665-ci ildə burada üsyanlar başladı. Əgər xatırlayırsansa sənə üsyanların niyə çıxdığını demişdim. Mənim köhnə bədənim hələ ölməmişdən əvvəl irqlər arasındakı dostluq kəsilməyə başlamışdı. Hərkəs öz irqinin başçısını ölkənin başına gətirmək istədi. İlk vaxtlar öz ordumla birlikdə onların qarşısını ala bilirdim. Amma qurd adamlarında bu üsyana daxil olması ilə birlikdə üsyan daha da böyüdü. Və qarşısını almaq daha da çətinləşdi. Bu zaman mənə ən böyük zərbə köhnə bədənimin ölməsi idi. Ölməsinin səbəbi isə qocalması idi. Artıq dünyanı idarə edə bilmirdi. O öldükdən sonra hərşey daha da pisləşməyə başladı. Özümə yeni bədənlər tapmağa başlayacaqdım amma sənin enerjin məni sənə çəkdi. Sənin ilk dəfə gördüyüm zaman sən uşaq idin. Bu mənim üçün həqiqətən pis oldu. Çünki, sənin böyüməyini gözlədiyim zaman dünyam hərgün yox olmağa bir addım daha yaxınlaşırdı. Başqa bir yolum yox idi. Səni hərgün təhlükədən qorumağa çalışdım. Başına gələcək ən kiçik hadisə belə məni daha böyük təhlükəyə salırdı. Səni bir çox hadisədən qorudum amma sənin heç birindən xəbərin olmadı. Əlbəttə demiyəcəm hansı hadisələrdən qoruduğumu. Sadəcə birini deyəcəm. Əgər xatırlayırsansa bir dəfə özünü öldürmək istədiyin zaman qəflətən dayanmışdın. Bunun səbəbi bıçağın qarşısına keçməyim idi. Əgər mən olmasaydım.. Hələlik bunları qoyaq bir kənara. Özünü necə öldürdüyünü bilmirəm amma necə ağır olduğunu hiss eliyə bilirəm. Necə öldüyünü özün bilirsən və bunu da deyim ki, üzərində yara izi qala bilər amma…”
Lisa məktubu çarpayının üzərinə qoyaraq tez güzgünün qarşısına keçdi və paltarını çıxartdı. Həqiqətəndə yara izləri qalmışdı və çox pis görünürdü. Sonra biləyinə baxdı o da digər yaraları kimi idi. Amma yaxşı cəhəti o idi ki, yaralarına nə qədər toxunsa da ağrı hiss etmirdi. Bir neçə dəqiqə boş – boş güzgüyə baxdı. Həmişə yanında qara qələm, kağız və dəsmal gəzdirərdi amma onların heçbiri yox idi. Öz dünyasından bura gətirdiyi sadəcə paltar və yaraları idi. “Görəsən su vursam yaralarım yox olar ?” dedi öz – özünə və hamama tərəf getdi. Qapını açdıqdan sonra gözləri istər-istəməz böyüdü. Ömründə heçvaxt belə böyük hamam görməmişdi. Hovuzu gördükdən sonra daha da həyəcanlandı amma bu həyəcanı çox qısa çəkdi. Hidrofobiyasi olduğu üçün suya girməyə qorxurdu. Amma yenədə çox sevinmişdi. Biraz keçdikdən sonra məktubun davamını oxumadığını xatırladı. Biraz su içdikdən sonra oxumağa davam eləməyə başladı.
“ – amma qorxma heçbir ağrısı olmayacaq. Çox güman ki bu yazdığımı oxuduqdan sonra güzgünün qarşısına qaçmısan və yaralarını yoxlamısan. Bilirdim belə edəcəyini. Sən Olneira`san. Belə yara izləri sənin üçün çox yüngül olacaq.
Marius`un vəziyyəti çox pisdi. Ən qısa zamanda sülhü bərpa etməliyik. Bu yazdığımı çox diqqətlə oxu. Bir Olneira`nın başına gələ biləcək ən ağır şeydi bədənsiz qalmaq. Çünki, əgər bədənin yoxdursa heç bir gücün də yoxdur. Sənin bədənindəki köhnə Olneira`nın bədənidi. Yəni hər ölən bədən yeni Olneira`nın bədəninə daxil olur. Köhnə Olneira`nın bildiklərini yeni Olneira bilir mən isə səni sadəcə başına gələcək təhlükələrdən qoruya bilərəm. Qısacası hərşey sənin əlindədir.
Oturduğun ev mənim evimdir amma indi sənin yeni evindir. İnanıram ki, istədiyin hərşeyə sahibsən. Stolun üzərində digərlərindən fərqlənən qırmızı rəngli kitab var. Bu kitabda Marius haqqında öyrənə biləcəyin hərşey yazılıb və sənə çox xeyri olacağını fikirləşirəm.
Və Pimple… Pimple yüzillərdir mənim tək sadiq xidmətçim olub. O xidmətçidən çox mənim dostum idi. İndiyə qədər heç vaxt bir dəfə belə olsun mənə qarşı səhv bir hərəkət etməyib. Bilirəm ki, ilk dəfə gördüyün zaman ondan qorxmusan. Hər tərəfi ağ rəngli tüklərlə örtülü və boyu kiçik siz dünyalıların dediyi kimi dovşana bənzəyir. Soylu bir nəsildən gəlir amma soyu bitmək üzərədi. Luna nəslindən gələn Phantor ailəsinə mənsubdur.
Çox yazıb səni yormaq istəmirəm. Qısacası artıq Marius sənin əlindədir. Necə idarə olunacağını zamanla öyrənəcəksən. Bu yazdıqlarımı heçbir zaman unutma. Uğurlar.”
Qız məktubu stolun üzərinə qoyduqdan sonra başını yastığın soyuq tərəfinə qoyaraq düşünməyə başladı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0339 saniye